Azərbaycanda banklar kredit güzəştlərinə başladı - SİYAHI

Azərbaycanda banklar kredit güzəştlərinə başladı - SİYAHIAzərbaycan Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan kredit təşkilatları koronavirus pandemiyasının nəticələrindən zərər çəkən müştərilərinə güzəştlərə başlayıblar.
Milli.Az xəbər verir ki, AMFA-dan qazet.az-a verilən məlumata görə, güzəştlər Assosiyanın üzvü olan bank və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən təqdim edilir.
Buraya gecikdirilən kreditlərə görə cərimə faizlərinin hesablanmaması, kreditlərin restrukturizasiyası, eləcə də digər xidmətlər üzrə güzəştlər  aiddir.
"İcraçı Kredit Agentliyi" BOKT
"İcraçı Kredit Agentliyi" MMC BOKT Covid -19 pandemiyası dövründə kredit öhdəliklərində gecikmələr yaranmış müştərilərə gecikmiş kredit üzrə cərimə faizlərinin hesablanmasını dayandırıb. "Müştərilərin müraciətlərindən asılı olaraq kredit müqaviləsi üzrə ödənişlərə güzəşt müddətləri tətbiq olunmaqla, müqavilənin müddəti uzadılaraq yenidən restrukturizasiya olunmuşdur", - deyə BOKT-dan bildirilir.
Eləcə də, Azərbaycan Mərkəzi Bankının (AMB) tapşırıqlarına uyğun olaraq kredit öhdəliklərinin gecikdirlməsi halında 01 mart 2020-ci il tarixindən 30 sentyabr 2020-ci il tarixinədək olan dövr üzrə əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmır, 01 mart 2020-ci tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatlar 30 sentyabr 2020-ci il tarixinədək Kredit Bürosuna xüsusi qeydlə təqdim edilir. "Qarşıdan gələn müddətdə də müştərilərin müraciəti əsasında mümkün olacaq güzəştlərin edilməsi nəzərdə tutulur" - BOKT-un açıqlamasında bildirilir.
"TBC Kredit" BOKT
"TBC Kredit BOKT" MMC pandemiyadan zərər çəkmiş bütün müştərilərə mart ayının 1-dən 30 sentyabra gədər güzəşt tətbiq edib. Həmin kreditlər üzrə cərimə faizlərinin hesablanması dayandırılıb. AMFA-dan verilən məlumata görə, indiyədək "TBC Kredit BOKT" 51 müştərinin ümumi məbləği 538 113 manat olan kreditini restrukturizasiya edib. 
"Kred Agro" BOKT
"Kred Agro" BOKT Azərbaycan Mərkəzi Bankının tövsiyələrini nezere alinmaqla öz müştərilərinə sentyabrın 30-dak olan müddətdə bir sıra güzəştlərə başlayıb. AMFA-nın məlumatına əsasən, "Kred Agro" növbəti güzəştləri təqdim edir: 1) 01/03/2020 ci il tarixə qənaətbəxş olan (30 gundən cox gecikməsi olmayan kreditlər üzrə) kreditlər üzrə gecimə ilə edilən ödənişlər zamanı heş bir cərimə tətbiq edilmir; 2) cərimlər silinməklə, 1-3 ay müddətinə əsas borc üzrə güzəştin tətbiq edilməsi ilə restrukturizasiya; 3) cərimlər silinməklə, kreditin əsas borc üzrə məbləgindən asılı olaraq aylıq ödənişin aşağı salınması məqsədilə müddətin uzadılması ilə restrukturizasiya. Bu zaman məbləği 500 manatadək olan kreditlərin müddəti 3 aya kimi, 500-3000 manat kreditlərin müddəti 6 aya kimi, məbləği 3 000 manatdan artıq olan kreditlərin müddəti 12 aya kimi uzadıla bilər.
"Viator Mikrokredit" BOKT
Pandemiya dövrünün başlamasından etibarən "Viator Mikrokredit" BOKT ödənişləri gecikdirən müştərilərə cərimənin hesablanmasını dayandırıb. Eyni zamanda BOKT əməliyyatlar üzrə işçilərin əmək haqqına gecikmələrin təsir əmsalının tətbiqini dayandırıb.  İyun ayından etibarən isə "Viator Mikrokredit" BOKT biznesində problemlər yaranan müştərilərin kreditlərini restruktizasiya etmək üçün onları təşkilata dəvət edəcək. Kənd təsərrüfatı ilə məşğul olanlara isə güzəşt dövrü təklif olunacaq.
"Bank of Baku" ASC
Covid-19 pandemiyası dövründə, yəni  mart-aprel-may aylarında "Bank of Baku" ASC bütün mikro və KOS müştərilərini diqqətdə saxlayıb. "Bu aylar ərzində kreditləşmə dayandırılmayıb, 400-dən çox sahibkara 4 mln manata yaxın kreditlər verilib" - bankdan bildirilir.
Həmçinin, 1 mart tarixindən indiyədək hesablanmış və ödənilmiş bütün cərimələr silinib, müştərilərə güzəşt müddətləri verilib. Kreditlərin restrukturizasiyası müştərilərin istəklərinə uyğun olaraq hazırda da davam etdirilir. Hazırda kreditləşmə sahibkarlığın bütün sahələrini əhatə edir.
"İdeal Kredit" BOKT
BOKT "İdeal Kredit" MMC 1 mart 2020-ci il tarixdən etibarən öz müştərilərinə dəstək olmaq məqsədilə bir çox güzəştlər tətbiq etməkdədir. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 23.04.2020-ci il tarixli, 16 saylı qərarı ilə əlaqədar olaraq 1 mart 2020-ci il tarixinə keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların 30 sentyabr 2020-ci il tarixinədək Azərbaycan Kredit Bürosuna xüsusi qeydlə təqdim olunması tətbiq edilib. Həmçinin 1 mart 2020-ci il tarixdən etibarən Pandemiyanın iqtisadi fəallığa təsirlərini nəzərə alaraq kredit borcunu gecikdirən borcalanların cərimə borcları silinib və bağışlanıb. Bundan əlavə, gəlirlərinin azalması səbəbindən aylıq kredit ödənişlərini ödəməkdə çətinlik çəkən borcalanlarla danışıqlar aparılaraq onlardan 30 nəfərdən çoxunun kredit borclarının (ümumi məbləğ 200 min manatdan artıq məbləğdə) restrukturizasiya edilməsinə razılıq verilib. Eyni zamanda 10-larla borcalanlara aylıq ödənişlərini həyata keçirmələri üçün əlavə möhlət günləri verilıb. "Qeyd edilən dəstək və güzəşt prosesləri yekunlaşmayıb, hazırda da həyata keçirilməkdədir"-deyə BOKT-dan bildirilib.
BOKT "Finoko" ASC
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvü olan aparıcı mikromaliyyə təşkilatlarından biri,  BOKT "Finoko" ASC də pandemiya ilə əlaqədar olaraq müştərilərinə güzəştlərin tətbiqinə başlayıb. AMFA bildirir ki, BOKT indiyədək 90 istehlak və 34 daşınmaz əmlak kreditinin restrukturizasiyasını həyata keçirib. Restrukturizasiya edilən istehlak kreditlərinin məbləği 196,8 min manat, daşınmaz əmlak kreditləri isə 905,3 min manat təşkil edir. 
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 16 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər