Azərbaycanda bu iş adamı kriminal avtoritetin sifarişi ilə QƏTLƏ YETİRİLDİ

Azərbaycanda bu iş adamı kriminal avtoritetin sifarişi ilə QƏTLƏ YETİRİLDİGəncə Ağır Cinayətlər Məhkəməsində Samuxda iş adamı Aytəkin Hüseynovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Mehdiyev və Tural Yusifovun cinayət işi üzrə məhkəmə keçirilib.
azxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı A.Hüseynovun xeyli müddət Ukraynada yaşaması və orada kənd təsərrüfatı məhsullarının ticarəti ilə məşğul olması, 2020-ci ildən isə Azərbaycana köçüb Samuxun Sərkar kəndində yaşaması məlum olub.
Bir müddət sonra isə Ukraynada yaşayan Saatlı rayon sakini 1993-cü il təvəllüdlü Elvin Mehtiyev həmin ölkənin vətəndaşı olan tanışı Samik Babayevlə birgə orada yaşayan Ruslan adlı kriminal avtoritetin sifarişi ilə Azərbaycana gəlib. Onlar birgə Gəncəyə gedərək avtomobil icarəyə götürüblər. Bundan sonra E.Mehtiyev Sərkar kəndində yaşayan 1989-cu il təvəllüdlü Tural Yusifovla əlaqə saxlayaraq ona kömək etməsini xahiş edib.
Eyni zamanda Ukraynada olan Ruslan adlı şəxs Aytəkin Hüseynova zəng edərək qonaqlarının kəndə gəldiyini və onları qarşılamasını tapşırıb.
Samuxda Beşyol adlanan ərazidə Turala məxsus avtomobildə A.Hüseynovu gözləyən Elvin onun yaxınlaşdığını görərək avtomobildən düşüb və bıçaq çıxararaq ürək nahiyəsindən vurub. O, A.Hüseynovun öldüyünü görəndən sonra ona məxsus telefondan yazışmaları və zəngləri silərək gizli yollarla ərazidən uzaqlaşıb.
Məhkəmədə Elvin Mehtiyev hadisəni sifarişlə törətmədiyini deyib. O bildirib ki, Ukraynada olarkən Aytəkinlə arasında münaqişə yaranıb və A.Hüseynov ona silahla atəş açaraq xəsarət yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Adaş İmanovun sədrliyi ilə keçirilən prosesin yekununda E. Mehdiyev Cinayət Məcəlləsinin 120.2.5 (sifarişlə adam öldürmə), T. Yusifov isə 32.120.2.5 (sifarişlə adam öldürmədə iştirak) maddələri ilə təqsirli bilinib. Elvinə 18, Turala isə 16 il müddətinə həbs cəzası verilib.
Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Ruslan adlı şəxsin məsuliyyətə cəlb edilib-edilməməsi ilə bağlı hələlik məlumat yoxdur.

Sosial       Tarix: 20 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Qızıl bahalaşdı

Dünya bazarında qızılın qiymətində artım qeydə alınıb. apa-ya istinadən xəbər verir ki, qızılın bir troya unsiyasının spot qiyməti 17,47 ABŞ dolları və ya 0,42% artaraq 4 122,35 ABŞ dollarına yüksəlib. Nyu-Yorkun COMEX əmtə

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini

Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir - red.) hakim qarşısına çıxarılıb. "Qafqazinfo"ya istinadən xəbər veri

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Azərbaycanın iqtisadi modelində dəyişiklik ZƏRURƏTƏ çevrilir – XƏBƏRDARLIQ

"Azərbaycanda son illər tətbiq olunan iqtisadi model artıq effektivliyini itirib. Bu modelin dəyişmədən davam etdirilməsi uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlılığı üçün ciddi risklər yaradır. Biz təxminə

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Dövlət bu şəxslərə 11 min manat verəcək

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlara dövlət büdcəsindən və ya müvafiq fondlardan müəyyən həyat hadisələri, xüsusi xidmətlər və ya sosial dəstək məqsədil

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal bugun xeber.az 2026 az xeber azerbaycan son xeber bugun