Azərbaycanda bu şəxslər dövlətdən əlavə PUL ALACAQ - VİDEO

Azərbaycanda bu şəxslər dövlətdən əlavə PUL ALACAQ - VİDEOBölgələrdə taxıl biçini başa çatmış sahələrdə yay şumu və təkrar əkinlərinin aparılması prosesi davam edir.
azxeber.com xəbər verir ki, iyulun 23-dək ölkə üzrə 430 min hektar sahədə yay şumu aparılıb, 30 min hektar sahədə təkrar qarğıdalı əkini həyata keçirilib. 
Kənd təsərrüfatı naziri İnam Kərimov Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında (BTS) yay şumu və təkrar qarğıdalı əkini prosesini izləyib, Ağdam, Bərdə, Yevlax, Tərtər, Goranboy rayonlarından olan fermerlərlə görüşüb. 
Tədbirdə bir neçə əməliyyatı eyni zamanda aparmağa imkan verən yeni aqreqatlardan istifadənin əhəmiyyətinə toxunulub. Tədbir iştirakçılarına innovativ becərmə texnologiyaları - şum aparılması, reperləmə, torpağın ağır diskli mala ilə üzlənməsi və təkrar əkin prosesi əyani nümayiş olunub.  
Kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə açıqlamasında bildirib ki, aqrar sahənin daha da inkişafı üçün dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişafı üçün subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman imzaladığını xatırladan nazir İnam Kərimov qeyd edib ki, yeni qərar ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq: "Bildiyiniz kimi, bütün dünya ölkələrində, qlobal səviyyədə ərzaq təhlükəsziliyi ilə bağlı çağırışlar mövcuddur. Bu sahədə risqlərin qarşısının alınması üçün cənab Prezident tərəfindən ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə müvafıq Fərman imzalanıb. Bu Fərmana əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Yəni, fermerlərimiz bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Bununla yanaşı, bu Fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək. Üçüncü üstünlük isə ondan ibarətdir ki, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyən olunacaq. Hesab edirik ki, bu Fərman ərzaqlıq buğdanın istehsalına mühüm töhfələr verəcək. Kənd Təsərrüfatı Nazirliyi digər dövlət qurumları ilə birlikdə ərzaqlı buğda istehsalını artırmaq üçün fermerlərimiz arasında təşviq tədbirləri həyata keçirəcəyik".
Daha sonra nazir İnam Kərimov Bərdə rayonunun Mehdili kəndində pambıq sahəsinə, intensiv meyvə bağına, Mirzəcəfərli kəndində heyvandarlıq kompleksinə baxış keçirib, fermerlərlə görüşüb. 
Fermerlər məhsul yığımına hazırlıq prosesi, satışın təşkili, emal imkanları barədə məlumat veriblər. Görüşlərdə pambıq sahələrində, bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.
Ətraflı İTV-nin hazırladığı süjetdə izləyə bilərsiniz:

İqtisadiyyat       Tarix: 25 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler bugun xeberler xeber.az bu gun enson xeberler