Azərbaycanda çəkilən ilk polis serialı bu mövsüm də davam edəcək

Azərbaycanda çəkilən ilk polis serialı bu mövsüm də davam edəcəkAzərbaycanda ilk dəfə olaraq polislərin fəaliyyətindən bəhs edən "İfşa" adlı serial bu mövsüm də davam edəcək. Serial insan alveri və narkomaniya ilə mübarizədən bəhs edir. Layihə Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə ATV kanalında yayımlanırdı. Ötən mövsüm üçün 6 bölüm çəkilmişdi. Layihənin məsləhətçisi Daxili İşlər Nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov, ideya müəllifi və rəhbəri isə Ramiz Alıyevdir.  
Ramiz Alıyev layihə ilə bağlı bildirdi ki, serial yeni formatda və yeni adla davam edəcək: "Düşünürəm ki, bu cür maarifləndirici film və seriallara hazırki gündə çox böyük ehtiyac var. Bu gün bütün cəmiyyətimiz bir yumuruq kimi birləşərək hüquq-mühafizə orqanlarının və xüsusən də polisin yanında  olub narkomaniya ilə birgə mübarizə aparır. Ona görə də biz düşündük ki, bu layihəni davam etdirmək lazımdır. Onu da açıq demək istərdim ki, ötən mövsüm üçün çəkilən bölümləri izləyən tamaşaçıların və ziyalıların təkidi var ki, bu cür layihə davam etməlidir. 
Bildiyimiz kimi "İfşa" serialı 6 bölümdən ibarət idi və insanların böyük sevgisini qazanmışdır, hətta kanalların reytinq cədvəlində də öncül yerdə idi. Serialın sosial şəbəkədə olan hesablarına, demək olar ki, hər gün yüzlərlə izləyici yazıb xahiş edirdi ki, bu serial davam etsin. Bundan başqa ölkə mətbuatında da bu layihəyə böyük maraq var idi. Qardaş Türkiyənin 30-dan artıq tanınmış mətbuat orqanında layihə haqqında məlumatlar dərc olunmuşdur və "İfşa" serialını Türkiyənin TRT kanalında yayımlanan "Təşkilat" serialı ilə eyni mövzunu əhatə etdiyini də diqqətə çatdırmışdılar. Hesab edirəm ki, xarici düşmənlərimizin məkirli planlarından biri də gənclərimizi zəhərləmək və genofondumuza zərbə vurmaqdır, ancaq biz xalq olaraq buna imkan verməyəcəyik. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin davamçıları var və daha da artacaqdır.
Ona görə də bu cür maarifləndirici layihələr davam etməlidir ki, gənclərimiz həm insan alverindən, həm də narkomaniyadan uzaq olsunlar. Biz fikirləşirik ki, layihə bu mövsüm də eyni movzularla (narkomaniya, insan alveri və s.) və yeni adla, peşəkar komanda ilə çəkilib tamaşaçılara təqdim olunsun. Qeyd olunduğu kimi, bu layihədə əsas məqsəd insanların maariflənməsi, narkomaniya və insan alveri ilə mübarizə aparmağın yollarını, Azərbaycan polisinin qətiyyətini, mübarizənin yalnız hüquq-mühafizə orqanlarının deyil, həmçinin xalq olaraq hər birimizin aparmalı olduğumuzu  göstərməkdir. Layihə ötən mövsüm olduğu kimi yenə də ATV kanalında davam gedəcək. Serialın 10-12 bölüm olması düşünülür.
Düzdür, bəzi televizya kanallarından bizə müxtəlif təkliflər gəldi ki, bu serialın davamı o kanallarda çəkilsin, ancaq təbii ki, biz razı olmadıq və bildirdiyim ki, layihə yenə də ATV kanalında davam edəcək, çəkilişlərin noyabr ayından başlanılması və yanvar-fevral ayından etibarən efirə getməsi düşünülür.

Sosial       Tarix: 17 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı şou biznes xəbərləri xəbər.az bu gune olan xeberler