Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTOAzərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
Azərbaycanda daha bir həkim koronavirusun qurbanı olub. Belə ki, həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.
Bu barədə millət vəkili və mərhumun tanışı Qənirə Paşayeva sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib:
"Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi... Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu. Min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış COVİD-19-un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində - ilk simptomlar artıq özünü biruzə verməyə başlayanda xəbərim olsaydı, onu həmin dəqiqə peşəkar həkim heyətinə çatdırardım. İcazə verməzdim saatlar itirsin.
Xəstəlik elə sürətlə irəliləmişdi ki, mənə xəbər verəndə, artıq süni tənəffüs aparatının altında belə qanda oksigenin səviyyəsi çox aşağı idi. Məlumat alan kimi 30-40 dəqiqə içində onu 1 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirməyə nail ola bildik. O, xüsusi tənəffüs aparatına qoşulanda sevindik. (Təəsüf ki indi bu aparata ehtiyacı olanlarımız, reanimasiyada intensiv müalicə alan vətəndaşlarımız heç də az deyil.) Amma xəstəxanaya çatdırılandan 15-20 dəqiqə keçməmiş onun vəfat etməsi xəbəri ilə sarsıldıq..."
Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikaların birində fəaliyyət göstərib.
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO

Sosial       Tarix: 28 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


azerbaycan xeberleri son xeberler yeni xeberler havanın temperaturu cebheden xeber meherremlik 2026 xəbərlər.com