Azərbaycanda DƏHŞƏT: 10 min can aldı - Yoluxmaq istəmirsinizsə

Azərbaycanda DƏHŞƏT: 10 min can aldı - Yoluxmaq istəmirsinizsəSon illər bəşəriyyəti narahat edən problemlərdən biri qazanılmış immun çatışmazlığı sindromu – QİÇS-dir. İmmun çatışmazlığı virusunun törətdiyi infeksiya uzunmüddətli gedişə malik olub, bir neçə müxtəlif mərhələdən ibarətdir. Ölkəmizdə də QİÇS problemi uzun illər əsas müzakirə edilən məsələlərdən olub.
KONKRET.az xəbər verir ki,Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktorunun müavini Günəş Cəfərova (Modern.az) deyib ki, cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər: "İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Bu virusa yoluxma halları xüsusilə risk qrupları arasında müşahidə edilir, yəni inyeksion narkotik istifadəçiləri, kişilərlə cinsi əlaqədə olan kişilər, transgender şəxslər, seks bizneslə məşğul olan qadınlar arasında İİV-ə yoluxma halları çox yayılıb. QİÇS isə İİV-infeksiyasının sonuncu mərhələsidir, hansı ki, bu mərhələdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çox sayda ağırlaşmalar – vərəm, MSS-in zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir. İnfeksiyaya yoluxmanın 3 əsas yolu var. Cinsi yol – İİV-ə yoluxmuş şəxslə qorunmamış cinsi əlaqələr nəticəsində, parenteral yol – İİV-ə yoluxmuş qan və qan preparatlarının köçürülməsi, İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, İİV-lə çirklənmiş tibbi ləvazimat və məhlullardan istifadə edərkən, o cümlədən inyeksion narkotik istifadəçiləri arasında qeyri steril şprislərdən istifadə zamanı, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində; üçüncü yol, İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma zamanı".
Günəş Cəfərova bildirib ki, Azərbaycanda 10 minə yaxın şəxs İİV-lə yaşayır: "Azərbaycanda İİV-infeksiyasının ilk dəfə aşkar olunduğu 1987-ci ildən 2024-cü ilin ikinci rübünün sonunadək İİV-lə yaşayan insanların sayı 9926 nəfərdir. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır".
Qeyd edək ki, 2024-cü ilin tək elə yanvar ayında Azərbaycanda 108 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub.
Bəs QİCS-in əlamətləri hansılardır?
Kəskin infeksiya dövründə virusun orqanizmə daxil olmasından sonrakı ilk həftələrdə heç bir simptom olmaya və ya ilk 2-4-cü həftədə qızdırma, boğaz ağrısı, baş ağrısı və yorğunluq simptomları ilə qripə bənzər şikayətlər görünə bilər. İİV-in ən çox yoluxdurucu olduğu vaxt bu dövrdür. Ümumi simptomlar: hərarət, boğaz ağrısı və boğazın iltihabı, baş ağrısı, genişlənmiş limfa düyünləri, bədəndə dəri kəpəkləməsi (ümumiyyətlə 5-10 mm diametrli üzdə və gövdədə, daha az nadir hallarda ovuclarda və ayaqlarda qabarcıqlar) – dermatit, ağızda, qida borusunda və cinsiyyət orqanlarında yaralar, əzələ və oynaq ağrısı, bir aydan çox müddətə müalicə olunmayan ishal, baş ağrısı, ürəkbulanma və qusma. Müalicəyə başlamadıqda, iki aydan az müddətdə 7-10 kq arıqlama görülə bilər. Xəstəliyin səssiz (əlamətlər olmayan) dövrü – bir neçə həftə davam edən kəskin bir dövrdən sonra İİV daşıyıcıları ortalama 8-10 il ərzində heç bir simptom olmadan sağlam bir həyat sürürlər. Ancaq insan ömür boyu İİV virusu daşıyıcısı və ötürücüsüdür. Limfa düyünlərində böyümələr müşahidə edilə bilər. Bu müddət bir neçə il kimi qısa və ya 10 ildən çox ola bilər. İİV diaqnozu qoyulmuş insanlar dərman müalicəsinə başladıqda immunitet sistemlərini qoruyur və virusun bədənlərinə təsirini azaldır. QİCS-in irəliləyən dövrü-İİV infeksiyasının ən inkişaf etmiş mərhələsidir və immun sistemi tədricən zəifləyir. Bu dövrə qədər müalicə olunmayan xəstələr infeksiya və xərçəngə qarşı bütün müqavimətlərini itirir və müxtəlif xəstəliklər səbəbi ilə orqanları zədələnir: şişkin limfa düyünləri, yorğunluq, çəki itirmək, qısa müddətli yaddaş itkisi, göbələk infeksiyaları.
Onu da nəzərə çatdıraq ki, insanlar çox zaman bu mövzuda yanlış düşünə də bilirlər. İİV gündəlik məişət təmasları ilə, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, İİV bu yollarla da keçməz: əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması.
İİV virusu qan analizi ilə aşkarlanır və virusa yoluxduqdan sonra test bir müddət gözləmək lazımdır İİV, bədənin virusa qarşı istehsal etdiyi əks cisimlərə baxaraq diaqnoz qoyulur. Bu səbəbdən əks cisim meydana gəldiyi doğru zamanda test etmək vacibdir. İlk olaraq analizdən əvvəl həkim məsləhəti lazımdır. Testdən əvvəl şəxs mütləq həkimdən İİV məsləhətini almalıdır. Bu şəkildə analizin lazımi anda edildiyi, qorunmayan münasibətlərdə olan digər şəxslərin testə yönəldildiyi, İİV-in qorxulu bir vəziyyət olmadığını və dərhal müalicəyə başlaya biləcəyi izah edilir.
Bundan əlavə, insanın İİV pozitivliyi və ya diaqnozu səbəbiylə testdən əvvəl və sonra psixo-sosial dəstək alması çox vacibdir.
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı  deyib ki, Azərbaycanda QİÇS-ə yoluxanların statistikası çox ciddi düşünmək tələb edir: "Kiçik rəqəm deyil, 10 min insan bu xəstəliklə yaşayır. Əgər bu xəstəliyin etiologiyasına, xarakterinə fikir versək, onların daşıyıcıları həmin xəstəliyi yaymağa maraqlı olan insanlardır. Çünki xəstəliyin etimologiyası budur. Necə ki, vərəm və bu qəbildən olan digər xəstəliklər var ki, buna yoluxanlar çalışır başqaları da yoluxsun. Sanki hamıda eyni xəstəliyin olmasını istəyirlər. Hətta xatırlayırsınızsa, Azərbaycanda bir hadisə olmuşdu, qız QİÇS-ə yoluxmuşdu və 20-dən çox gənci məqsədli şəkildə xəstəliyə yoluxdurmuşdu. Bu olay o zaman çox böyük rezonans yaratmışdı. Əlbəttə, xəstəliyin yayılma yolları çoxşaxəlidir. Onlarla mübarizə kompleks xarakter daşımalıdır. Çünki bir tərəfdən bu maksimum şəkildə insanlardan həssaslıq tələb edir. Sağlam həyat tərzinə riayət etmək, eyni zamanda valideynlər də öz yeniyetmə övladları ilə bu istiqamətdə söhbət aparmalıdır. Məlumatlandırsınlar ki, hansı xəstəliklər var, hansı şəraitdə insan yoluxa bilir. Əlamətləri haqqında da çalışıb məlumat versinlər. Çox yaxşı olar ki, orta və ali məktəblərdə də mütəmadi olaraq məlumatlandırma aparılsın. Tədris proqramlarında da ayrıca mövzu şəklində yer alsın. Çox yaxşı olar ki, sosial media üzərindən KİV-lərdə sosial çarxlar vasitəsilə insanları məlumatlandıran çarxlar verilsin. İİV xəstəliyi ilə yaşayan 10 min insana çox ciddi nəzarət olmalıdır ki, onlar xəstəliyi yaymasınlar. Yenə təkrar edirəm, o xəstəliyin etimologiyasında var ki, QİÇS daşıyıcıları bu xəstəliyi başqasına yoluxdurmağa çalışırlar. Bu amilə xüsusi diqqət yetirmək lazımdır. Hər üç yayılma üsulu ilə həm kliniki profilaktik tədbirlər görmək lazımdır, əhalini agah etmək lazımdır. Maksimum şəkildə orta məktəblərin yuxarı siniflərində, ali məktəblərdə bununla bağlı monitorinqlər keçirmək lazımdır. Eyni zamanda sahə mütəxəssislərinin iştirakı ilə seçmə üsulu ilə monitorinqlər aparmaq olar. Bu, sağlam gələcəyimizi, gəncliyimizi təhdid edən məsələdir. Həm də gənclərin reproduktiv sağlamlığına təsir göstərən məsələdir. Eyni zamanda bu, yayılma təhlükəsi olan xəstəlik olduğuna görə daim nəzarətdə olmalıdır. Bununla bağlı bütün müəssisələr koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Biz həm də sosial nəzarət baxımından bu xəstəliklərlə bağlı nəzarətimizi gücləndirməliyik. Diqqətimizi, həssaslığımızı artırmalıyıq ki, bu məsələnin qarşısını vaxtında ala bilək"./"Yeni Müsavat"

Sağlamlıq       Tarix: 28 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 siyaseti xeberler bugun en son xeberler bu gun son xəbərlər bugün 2026