Azərbaycanda dəhşət: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi

Azərbaycanda dəhşət: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdiQəbələ rayonunda həyat yoldaşına dəhşətli işgəncələr vermiş rayonun ucqar kəndlərindən birinin sakini, 1974-cü il təvəllüdlü Dəmir Eyvazov barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə törədildikdə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qəbələ rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə D.Eyvazovun 1995-ci ildə ailə həyatı qurduğu və birgə nikahdan dörd övladının anası olan Xəyaləyə (şərti adlı) dəhşətli işgəncələr verməklə dəfələrlə xəsarətlər yetirdiyi məlum olub.
Həyat yoldaşının əlindən evdən meşəyə qaçan və daha sonra xəstəxanaya yerləşdirilən qadının artıq ərindən rəsmi qaydada boşandığı da müəyyənləşib.
Məhkəmədə D.Eyvazov həyat yoldaşını həqiqətən dəfələrlə döydüyünü etiraf etsə də, xanımının onu söyüb təhqir etdiyinə görə bu əməlləri törətdiyini deyib. Ekspertiza rəylərindən isə D.Eyvazovun həyat yoldaşının bədəninin müxtəlif nahiyələrini qızdırılmış dəmir parçası ilə bir neçə dəfə yandırdığı, hətta qaynar metalla həyat yoldaşının cinsiyyət orqanını da yandırması məlum olub. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs deyib:
"Aramızda baş verən ailədaxili münaqişələr səbəbindən keçmiş ərim Dəmirlə 2020-ci ilin dekabrında Qəbələ rayon Məhkəməsinin qərarı ilə boşanmışam. Onunla 1995-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşam. Birgə nikahdan dörd övladımız olub. Ailə qurduqdan boşanan müddətə kimi uşaqlarla birlikdə Dəmirə məxsus Qəbələ rayonundakı evdə yaşamışıq. Ailə qurduqdan sonra aramızda tez-tez ailədaxili münaqişələr olub və mütəmadi olaraq yoldaşım tərəfindən döyülmüşəm, işgəncələrə məruz qalmışam.
Buna əsas səbəb Dəmirin üçüncü övladımız - Nigarı (ad şərtidir) bacımın ərinin himayəyə götürmək istəməsi olub. O, Nigarı öz övladı kimi istəmirdi və məndən dəfələrlə doğma qızımızı öldürməyi tələb edirdi. Onun tələbinə əməl etmədiyim üçün məni dəfələrlə döyüb, əzab, işgəncə verib. 2018-ci ilin yazında, eləcə də, həmin il yayın sonunda kənddəki evdə Dəmir ilə aramızda daha bir ailədaxili münaqişə baş verdi. O, bədənimin müxtəlif nahiyələrini alovla yandırmaqla, qaynar su tökməklə və qızdırılmış metal əşya basmaqla mənə xəsarətlər yetirdi. Lakin Dəmirin qorxusundan eləcə də uşaqların xatirinə Dəmirdən aidiyyəti orqanlara şikayət etməmişəm. 2018-ci il tarixində boşanıb ayrılmaq üçün Qəbələ rayon Məhkəməsinə boşanma haqda ərizə ilə müraciət etmişəm. Lakin yenə də uşaqları nəzərə alaraq ailəmizin dağılmaması üçün onunla barışdım, boşanmaqdan imtina etdim, yenidən birlikdə yaşamağa qərar verdim.
Sonuncu dəfə 13 oktyabr 2019-cu il tarixində saat 23 radələrində Dəmir yenidən ailə münaqişəsi yaratdı, məndən qızımız Nigarı öldürməyimi tələb etdi, yaşca böyük qızımızın ərə getməsi üçün mütləq Nigarın ölməli olduğunu bildirdi.
Lakin buna etiraz edərək qızımı öldürə bilməyəcəyimi dediyim üçün Dəmir əvvəllər olduğu kimi, yenə də məni həyətə düşürüb lüt soyunduraraq stulda otuzdurdu. Əl-qolumu dəmir trosla və ip ilə bağladı, dəmiri qızdırıb qoluma, ayaqlarıma və cinsiyyət orqanıma vurub yandırdı. Eləcə də, bədənimə vedrə ilə soyuq su tökdü.
Bundan sonra mənə vedrəyə soyuq su doldurtduraraq yanıma qoydu ki, yatıb durduqdan sonra həmin suyu bədənimə töküm. Mən həmin gecə o yatdıqdan sonra xəlvəti evdən çıxaraq kəndin meşəliyi ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına gəldim, təxminən beş gün həkimlər tərəfindən müalicə aldım. Dəmirdən şikayətçiyəm və ona ən ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş edirəm".
Məhkəmədə ifadə verən ailənin böyük qızı atasının anasına dəhşətli işgəncələr verdiyini, ailədə daim dava-dalaş saldığını, anasını hətta lüt soyunduraraq həyətdə stula bağladığını və qızdırılmış dəmirlə bədənini yandırdığını bildirib.
Digər şahidlər də D.Eyvazovun törətdiyi əməllər barəsində danışıblar.
Qəbələ rayon Məhkəməsi Dəmir Eyvazovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.
///News24.az

Sosial       Tarix: 07 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı meherremlik 2026 sonxeber.az ən son xəbərlər