Azərbaycanda deputat istefa verir?

Azərbaycanda deputat istefa verir?Bu ilin dekabrın 8-də Milli Məclisdə baş verən gərginlik siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
KONKRET.azxəbər verir ki, "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans zamanı vitse-spiker Rafael Hüseynovla Xalq şairi, sabiq deputat Sabir Rüstəmxanlı arasında mübahisə yaranmışdı.
Hadisə mediada geniş əks olunmuş, müxtəlif reaksiyalara səbəb olmuşdu. Konfransın moderatorluğunu edən Rafael Hüseynov çıxış üçün dəvət olunmuş Sabir Rüstəmxanlının sözünü yarımçıq kəsmişdi. Vitse-spiker bunun səbəbini ona ayrılan vaxtın bitməsi ilə izah etmişdi.
Lakin Sabir Rüstəmxanlı bu münasibəti etirazla qarşılamış, bildirmişdi ki, əgər konfransa dəvət olunublarsa, fikir bildirmək üçün şərait də yaradılmalıdır. Rüstəmxanlının sözlərinə görə, moderator hər çıxışdan sonra uzun-uzadı izahat verdiyi halda qonaqlar üçün ayrılan vaxtı məhdudlaşdırmaq ədalətli deyil. Onun "Bu cür hörmətsizlik olmaz" ifadəsi müzakirələrin əsas sitatına çevrilmişdi. Gərginlikdən sonra Xalq şairi konfransı yarımçıq tərk etmişdi.
Gərginlikdən sonra məsələnin siyasi müstəvidə davam edib. Bu gün məlum olub ki, Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyası vitse-spiker Rafael Hüseynova töhmət elan edib. Partiya rəsmiləri hesab ediblər ki, Hüseynovun davranışı nə etik, nə də siyasi baxımdan qəbul olunandır.
Qərarda xüsusi vurğulanıb ki, partiya sədrinin çıxışını yarımçıq kəsmək VHP üzvü olan bir deputat üçün yolverilməz davranışdır.
MNTK-nın açıqlaması gözlənilməz qərar kimi qiymətləndirilib. Modern.az-ın əldə etdiyi özəl məlumata görə, proses bununla da yekunlaşmır.
Məlumata görə, Rafael Hüseynov artıq VHP-dən istefa vermək barədə qərar qəbul edib. Hüseynovun istefa ərizəsini sabah rəsmən təqdim edəcəyi deyilir. Bu addımın isə həm partiya daxilində, həm də parlamentdə müəyyən dəyişikliklərə səbəb olacağı gözlənilir. Ekspertlər hesab edirlər ki, qarşıdurma VHP daxilində yeni müzakirələrə yol açacaq.
Əməkdaşlarımızın dəfələrlə Rafael Hüseynova telefon zəngi cavabsız qaldığından onun fikirlərini öyrənmək hələ ki, mümkün olmayıb.

Siyasi       Tarix: 12 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler krminal bu gun sonxeberler bugunun xeberleri