Azərbaycanda duru yağ kəskin bahalaşacaq - AÇIQLAMA
Fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq böhranını daha da dərinləşdirib. Ölkələr arasında idxal-ixrac əməliyyatlarının dayanması dünyada ərzaq çatışmazlığına və qiymət artımına səbəb olub. Rusiyanın əsas ticarət tərəfdaşlarından olan Azərbaycan da bu proseslərdən kənarda qalmır. Belə ki, son dövrlərdə ölkədə ərzağın qiyməti sürətlə bahalaşır. Ən çox bahalaşan məhsullardan biri isə yağdır. Dünən "Azərsun Holdinq" MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki "Azərsun Sənaye Parkı"nda baş vermiş yanğın da müəyyyən suallar yaradır. Belə ki, qida anbarında baş verən yanğında böyük həcmdə yağ ehtiyatı məhv olub.
Bəs görəsən, belə bir məqamda ölkədə yağ qıtlığı yaşana bilərmi? Qiymətlər hansı həddə kimi arta bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın sullarını iqtisadçı ekspert Xalid Kərimli cavablandırıb. O bildirib ki, "Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanda həm kərə yağının, həm də duru yağın qiymətində kəskin artım müşahidə olunur. Təkcə mart ayında müharibəyə görə qlobal bazarda duru yağların qiymətləri 23,2 faiz artıb. Bu artımlar yerli bazara da təsirsiz ötüşmür. Azərbaycan özü duru yağ istehsal edən ölkədir. Lakin duru yağın istehsalı üçün lazım olan xammal xaricdən idxal olunur. Çünki ölkəmizdə günəbaxan və qarğıdalı plantasiyaları yoxdur. Azərbaycanın duru yağ bazarının üçdəikisi idxal olunan məhsullardır. Bu mənada Azərbaycan demək oar ki, xarici bazardan asılıdır. Ölkəmizə duru yağ əsasən Rusiya, Ukrayna, Türkiyə və postsovet ölkələrindən idxal edilir. Ukraynada hazırda zavodlar fəaliyyətini dayandırıb. Və Azərbaycan bu məhsulları Rusiyadan idxal etməli olacaq"
Ekspertin fikrincə, qida anbarında baş verən yanğın bazarda gərgin olan vəziyyəti bir qədər də gərginləşdirəcək:
"Hadisənin fonunda qiymət artımı daha da sürətlənəcək. Çünki yerli istehsalçının müəyyən müddət sıradan çıxması bazarda qıtlığı daha da dərinləşdirəcək. Bu da son nəticədə qiymət artımına gətirib çıxaracaq".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı