Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədir

Azərbaycanda əhalinin 8,1 faizində həddən artıq piylənmə var, 47,2 faizi isə piylənmə ərəfəsindədirAzərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,2 faizinin bədəni isə piylənmə ərəfəsindədir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 2018-ci ildə aparılmış ev təsərrüfatları tədqiqatının məlumatlarında qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatının normaları əsasında aparılmış tədqiqatın nəticələrinə görə, yaşı 15-dən çox olan insanların 43,7 faizinin bədən çəkisi normal, 1 faizinin çəkisi normadan azdır.
Həddindən artıq piylənmənin müşahidə edildiyi insanların əksəriyyəti yaşı 45-dən çox olan şəxslərdir.
Ölkədə 15-19 yaşlı əhalinin 0,2 faizinin, 20-44 yaşlı əhalinin 3,9 faizində, 45-64 yaşlı əhalinin 13,4 faizində, yaşı 65-dən çox olanların 14,1 faizində həddindən artıq piylənmə var.
Piylənmənin müşahidə edildiyi insanlar arasında qadınların sayı daha çoxdur. Ölkənin 15 yaşdan yuxarı kişi əhalisinin 7, qadın əhalisinin 9,1 faizində həddindən artıq piylənmə müşahidə edilir.
Ümumilikdə, Azərbaycanın yaşı 15-dən çox olan əhalisinin 47,2 faizinin bədəni piylənmə ərəfəsindədir. 15-19 yaşlı əhalinin 5,9 faizinin, 20-44 yaşlı əhalinin 41,6 faizinin, 45-64 yaşlı əhalinin 60,7 faizinin, yaşı 65-dən çox olanların 56,1 faizinin bədən çəkisi piylənmə ərəfəsinə gəlib çatıb.
Azərbaycanda bədən çəkisində piylənmənin müşahidə edildiyi kişilərin sayı qadınlara nisbətən az olsa da, piylənmə ərəfəsində olan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur və bu say çoxluğu bütün yaş qruplarında özünü göstərir.
Ölkənin 15 yaşdan yuxarı kişi əhalisinin 51,4 faizi, qadınların 43,3 faizi piylənmə ərəfəsindədir.
Bədən çəkisi artıq olanların sayına gəldikdə, ölkədəki 15 yaşdan yuxarı kişilərin 3,3 faizinin, qadınların isə 4,7 faizinin bədən çəkisi çoxdur.
Ölkədə artıq bədən çəkili 15-19 yaşlı kişi və qadınların faiz göstəricisi eyni (0,1 faiz) olsa da, sonrakı yaş qruplarında bu göstərici dəyişib.
Bədən çəkisi çox olan 20-44 yaşlı kişilərin sayının qadınların sayından daha çox olmasına baxmayaraq, 45 yaşdan sonra çəkisi artıq olan qadınların sayı kişilərin sayını üstələyib. Belə ki, 20-44 yaşlı qadınların 1,7 faizinin, kişilərin 2,2 faizinin artıq çəkisi var. 45-64 yaşda olan qadınların 8,3 faizinin, kişilərin 5,1 faizinin, 65 yaşdan yuxarı qadınların 9,6 faizinin, kişilərin 4,5 faizinin artıq çəkisi var.
Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 sm, orta çəkisi 68,9 kq-dır.
Artıq bədən çəkili 45-64 yaşlı insanların orta boyu 168,2 sm, orta çəkisi 73 kq-dır. Yaşı 65-dən şox olanların orta boyu 166,5 sm, orta çəkisi 71,1 kq-dır.
Həkim-dietoloq Nərgiz Nəzirova Trend-ə deyib ki, digər xəstəliklər kimi, piylənmə də cavanlaşıb: "Bunun əsas səbəbləri düzgün qidalanmama, lazımsız içkilər və ərzaqlardan istifadədir. Piylənmənin əsas səbəblərindən biri də hərəkətsizlikdir. Piylənmənin yaranmasına stress də təsir edir. Elə orqanizm var ki, stress keçirdikdən sonra arıqlayır, elə orqanizm də var ki, stressdən kökəlməyə başlayır, çünki stress vəziyyətində iştaha gəlir və insan qida qəbul edir".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 1975-ci ildən indiyədək piylənmə müşahidə edilən dünya əhalisinin sayı 3 dəfəyə qədər artıb.
ABŞ-ın Xəstəliklərin İdarə Olunması və Qarşısının alınması Mərkəzinin apardığı tədqiqat nəticəsində müəyyən edilib ki, yüksək gəlirə və ali təhsilə malik olan qadınlar aşağı gəlirli qadınlara nisbətən piylənmədən daha az əziyyət çəkirlər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 06 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşfə imza atıblar

Beyindəki qlükoza səviyyəsi sinir siqnallarının sürətli ötürülməsini təmin edən mielin qatının (sinir liflərinin qoruyucu örtüyü) formalaşmasına birbaşa təsir göstərir. KONKRET.azxəbər verir ki, bu barədə "Nature Neuroscience"

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İnfarkt ən çox nə vaxt baş verir? - Kardioloqlar izah edir

Kardioloqlar qadınlar və kişilərdə infarktın əlamətləri fərqli ola biləcəyi qənaətindədirlər. Həm kişilər, həm də qadınlar sinədə güclü ağrı və narahatlıq hiss edə bilərlər. . xəbər verir ki, kardioloqlar qadınlarda əlav


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gun xeberler az bu gunun xeberleri haqqinda melumat idman xeberleri