Azərbaycanda əlverişli biznes mühiti iqtisadi inkişafın səmərəli modelinin seçilməsini göstərir

Azərbaycanda əlverişli biznes mühiti iqtisadi inkişafın səmərəli modelinin seçilməsini göstərirAzərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün dövlət büdcəsi barədə qanunu imzalayıb. Dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat təşkil edib.
Milli.Az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə dövlət büdcəsinin fiskal dayanıqlığına təsir edən əsas amilləri şərh edib.
Dövlət büdcəsinin fiskal dayanıqlığının qiymətləndirilməsi
2020-ci il üçün dövlət və icmal büdcələri, eləcə də növbəti 3 il üçün büdcələr yeni büdcə qaydalarına əsasən hazırlanıb. Yeni qaydalara uyğun olaraq büdcə xərcləri ildə 3 faiz həddini keçə bilməz. İnfrastruktur və ordu quruculuğu sahələrində uğurlardan sonra Azərbaycan büdcə qaydalarını tətbiq etməklə fiskal dayanıqlığa üstünlük verir. Beləliklə, bu il üçün inflyasiya proqnozunun 4,6 faiz olmasını nəzərə almaqla icmal büdcə ötən illə müqayisədə 2 117 milyon manat və ya 7,7 faiz artacaq və 29 448 milyon manata çatacaq. Fiskal dayanıqlığın daha bir nişanı odur ki, dövlət başçısının tapşırığına əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxil məhsula nisbəti 1 faiz azalacaq və 29,1 faizədək enəcək. Bu onu ifadə edir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur. Bu il həmçinin sosial xərclər 2,6 milyard manat (33,5 faiz artım) həcmində proqnozlaşdırılır. Bu da fiskal dayanıqlığın güclənməsini ifadə edir.
Vergilər Məcəlləsinə dəyişikliklər barədə
2019-2020-ci illərdə Vergilər Məcəlləsinə edilən dəyişikliklər ortalama vergi dərəcəsini azaldır. 2020-ci ildə vergi islahatının əsas məqsədi hamı üçün bərabər şərtlərin yaradılması, vergi idarəetməsinin təkmilləşdirilməsi və vergi yükünün azaldılmasıdır.
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə keçirilmiş islahatlar nəticəsində büdcəyə daxilolmaların planlaşdırılandan təxminən 1 milyard dollar çox olacağı proqnozlaşdırılır. Bununla belə, gəlirlərin artımında qeyri-neft sahələri böyük rol oynayır. Bizim hesablamalarımıza əsasən, bu il karbohidrogenlər sektorunda ÜDM-in 1,6 faiz, 2021-ci ildə isə qaz hasilatının kəskin artması təqdirində 4,5 faiz çoxalması proqnozlaşdırılır. Fiskal dayanıqlığın təmin olunması yalnız qeyri-xammal iqtisadiyyatının inkişafı ilə mümkündür.
Dövlət büdcəsində xarici borcun dəyişməsi dinamikası
2017-ci ildə xarici borca xidmətin ümumi həcmi dövlət büdcəsindən xərclərin 11 faizini təşkil edirdi, 2025-ci ildə bu rəqəm 6,2 faizədək azalacaq. Prioritet layihələrin maliyyələşdirilməsindən sonra dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək həddə çatdıqdan sonra azalmağa başlayıb. Növbəti illərdə mövcud xarici borcun azalması cəlb olunan yeni borclardan çox olacaq və 2025-ci ilədək xarici dövlət borcunun ÜDM-ə nisbəti 12 faizədək azalacaq. Xarici dövlət borcunun ÜDM-ə nisbəti üzrə Azərbaycan ən yaxşı göstəriciləri olan ölkələr sırasındadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcu altı dəfə üstələyir.
2020-ci ilin büdcəsi manatın məzənnəsinə necə təsir edəcək?
2020-ci ildə ticarət balansında ixracın 3,8 faiz, idxalın 1,5 faiz artımı proqnozlaşdırılır. Ümumilikdə, bu il ticarət balansının profisiti pul kütləsi balansının kəsirini örtəcək və beləliklə, tədiyə balansı tarazlaşacaq. İcmal büdcəsinin kəsirinin maliyyələşdirilmə mənbələri müəyyənləşdirildikdən sonra manata təzyiq olunmayacaq. Valyuta bazarının təhlili göstərir ki, tələb və təklif balansı, eləcə də bank sistemində artıq likvidlik təmin olunub. Bununla bağlı olaraq, bu il manatın məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır. Aşağı inflyasiya ilə əlaqədar real səmərəli məzənnənin qismən azaldılması qeyri-neft ixracının stimullaşdırılmasına gətirib çıxarır.
Ötən il pul bazası 25 faizədək artıb, amma bununla belə, inflyasiya hədəf göstəricidən də aşağı qalmaqda davam edir. Mərkəzi Bank fiskal stimulların nizamlanması üçün pul siyasəti alətlərindən istifadə edir. Məsələn, ötən il faiz dərəcəsi dəfələrlə azaldılıb, faiz dəhlizinin diapazonu isə daralıb. Pul kütləsinin artması ilə yanaşı, qeyri-neft sektorunun artımı və qeyri-neft ixracının genişlənməsi də inflyasiyanın qarşısını alan təsir göstərir. Strateji valyuta ehtiyatlarının artması həm manatın məzənnəsi, həm də inflyasiyanın qarşısının alınması üçün imkanlar yaradır.
Real sektoru necə likvidli etməli?
Yaradılmış əlverişli biznes mühiti və təşviq siyasəti vasitəsilə sürətli iqitsadi artım modelinə keçmək lazımdır. Burada əsas drayver özəl sektor olacaq. 2018-ci ildə Azərbaycanda qeyri-dövlət investisiyaları 8,8 milyard manat təşkil edib, 2020-2023-cü illərdə isə bu göstərici 11-12 milyard manat intervalında dəyişəcək və beləliklə, ÜDM-in 15 faizinə yaxınlaşacaq. 2020-2023-cü illərdə dövlət investisiyaları illik 7-8 milyard təşkil edəcək və bununla da liderliyi özəl sektora verəcək. Proqnozlara əsasən, 2020-2023-cü illərdə qeyri-neft sektoruna qoyulan investisiyalar neft-qaz sektorundakı investisiyaları iki dəfə üstələyəcək.
Strateji yol xəritələrində qoyulan tapşırıqlara əsasən, 2020-ci ildə Azərbaycan 3 faiz iqtisadi artım tempinə nail olmalıdır ki, bu da artıq baş verib. 2018-ci ildə Azərbaycanda alıcılıq qabiliyyəti pariteti üzrə adambaşına ÜDM Ermənistanla müqayisədə 75 faiz, Gürcüstanla müqayisədə 58 faiz çox olub. İndi bizim qarşımızda iqtisadi artımı daha da sürətləndirmək tapşırığı dayanır. Əhali sayının artımını nəzərə alaraq biz azı 5-6 faiz artım tempinə nail olmalıyıq.
İcbari tibbi sığorta üzrə xərclər
Bu il ölkəmizdə mərhələli şəkildə icbari tibbi sığorta tətbiq olunacaq və bununla əlaqədar 2020-ci il dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manat artıb. İcbari tibbi sığorta üçün xərcləri nəzərə alsaq, bu ilin dövlət büdcəsində səhiyyə xərcləri ötən illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz artıb. Milli Məclisin "Tibbi sığorta haqqında" qanuna etdiyi dəyişikliklərə əsasən, 2020-ci il yanvarın 1-dən icbari tibbi sığortaya təqvim ili üçün adambaşına 90 manat məbləğində ödəniş ayrılıb.
Bir çox ölkələrlə müqayisədə Azərbaycanda icbari tibbi sığorta üçün ödənişlər aşağı faiz dərəcəsi ilə qəbul olunacaq. 2020-ci il aprelin 1-dən dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.
Milli.Az /news.milli.az

İqtisadiyyat     Baxılıb: 505   Tarix: 12 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Tələbələr üçün "Sənin karyera yolun: öz təsirini yarat" mövzusunda təlim keçirildi

Ölkənin birinci bankı Kapital Bank gənclərin təhsili və peşəkar inkişafına dəstək göstərmək istiqamətində həyata keçirdiyi təşəbbüsləri davam etdirir. xəbər verir ki, bu məqsədlə bankla Təhsil Tələbə Kredit Fondu arasınd

TuranBank nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğur

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR

Barselonada keçirilən Mobile World Congress(MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini biraraya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsiredən əsas mövzuların müzakirəsi

"Bank Respublika" və EIB Global kredit sazişi imzaladı

"Bank Respublika" və Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqından kənar layihələri maliyyələşdirən bölməsi olan EIB Global Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsinə yönəlmi

"Nar" peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı - FOTOLAR

Mobil operator "Nar"ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərəbaşladı. "Nar"ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçiriləntəlimlər seriyası

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır

Biznesini böyütmək və hər fürsətdə qənaət etmək istəyən sahibkarlar üçün bank xərclərinin şəffaflığı çox önəmlidir. Əgər hər əməliyyatda əlavə komissiya ödəməkdən yorulmusansa, Yelo Bank-ın təqdim etdiyi biznes tarif paketlər

Möminə xatun türbəsinin bərpasına 10 milyona yaxın pul ayrıldı

Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən Mömin

İlham Əliyev dünyada neftin qiymətindəki artımdan danışdı

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub. Dövlət başçısı bununla bağlı deyib:. "Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcəd

"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinə təyinat

"Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə Fərid Quliyev "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin müavini və Baş kommersiya inzibatçısı vəzifəsinə təyin edilib


yeni xeberler azerbaycan xeberleri son xeberler sou xeberler bugun hava durumu xeberler bu qun azerbaycan son xeber bugun