Azərbaycanda evdən qaçan ana ilə bağlı şok təfərrüat: Qırmancla döyülüb, dəhşətli şiddətə məruz qalıb
Azərbaycanda evdən qaçan ana ilə bağlı şok təfərrüat: Qırmancla döyülüb, dəhşətli şiddətə məruz qalıb
Xızı rayonu ərazisində ana və üç övladının itkin düşməsinin bəzi detalları üzə çıxıb.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlamasında bildirib ki, qadın əri tərəfindən qırmancla döyülüb:
"Dünən Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının izahatı alınıb və gecə uşaqları ilə birlikdə sığınacağa gətirilib. Hələlik uşaqlarla iş aparmamışıq. Vəziyyətləri yaxşıdır, uşaqlarla oynayırlar. Həyat yoldaşı qadını qırmancla döyüb.
Qırmancı onun bədənində qırıb. İndi əri deyir ki, Əfsanənin də səhvi olub, mənim də səhvim olub, amma barışmaq istəyitəm. Burada qadına qarşı böyük bir şiddət var".
K.Ağazadə qeyd edib ki, məsələ barədə araşdırma aparılır:
"Həyat yoldaşı Əfsanə ilə barışmaq istəyir, amma o, razılaşmır Çalışacağıq ki, münaqişələr aradan qaldırılsın. Onların uşaqları da təhsildən kənarda qalıb. Onlardan birinin doqquz, o birinin səkkiz, digərinin isə bir yaşı var. İki uşağın yaşı çatsa da, məktəbə getməyiblər".
Qeyd edək ki, Xızı rayonunda ana və üç övladı itkin düşmüşdü. Qadının həyat yoldaşı İsayev Səxavət hüquq-mühafizə orqanlarına məlumat verərək, 1993-cü il təvəllüdlü həyat yoldaşı İsayeva Əfsanə Cəmil qızının doqquz yaşlı qızı Nurcanı, səkkiz yaşlı oğlu Nurlanı və bir yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə getməsi və bir daha geri qayıtmaması barədə məlumat vermişdi.
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb