Azərbaycanda ezamiyyə xərclərinin hesablanması QAYDASI
Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" 25 yanvar 2008-ci tarixli 14 nömrəli Qərarına əsasən ezamiyyə xərcləri dedikdə - ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclər və nəqliyyat xərcləri nəzərdə tutulur.
Ezamiyyə xərclərinin 1 günlük normasına - mehmanxana və gündəlik xərclər daxildir. Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizini təşkil edir həmçinin gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir. Mehmanxana xərci - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini təşkil edir. Mehmanxana xərcləri təqdim edilən təsdiqedici sənədlər əsasında ödənilir lakin təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir.
Nəqliyyat xərclərinə - ezam olunma yerinə getmək və qayıtmaq xərcləri, həm də ezam olunma yerinə getmək üçün taksidən istifadə istisna olmaqla, yaşayış məntəqəsindən kənarda yerləşən vağzala, limana, təyyarə meydanına getmək üçün ölkədaxili nəqliyyat xərcləri daxildir. Bu nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ödənilir. Ezamiyyə xərclərinin normaları haqqında Qərara əsasən Azərbaycan Republikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhəri üzrə 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 65 manat müəyyən edilmişdir. Nazirlər Kabinetinin Qərarına əsasən dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə verilən sutkalıq ödənişlərin norması isə Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün isə 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilmişdir.
Ezamiyyə qaydaları
• İşçi tərəfindən ezamiyyə sifarişi doldurulur. Sifarişdə ezamolunacaq ərazi, şəxslər və ezamiyyət müddəti göstərilr.
• Rəhbərlik tərəfindən səfər təsdiq olunarsa, əmrlə rəsmiləşdirilir.
• Ezamolunan şəxsə səfər olunacaq ərazinin gündəlik normasına uyğun məbləğ işçinin hesabına ödənilir.
• İşçi ezamiyyət dən qayıtdıqdan sonra ezamiyyət ilə əlaqədar xərclədiyi vəsaitlərin məbləği haqqında avans hesabatını 3 gün ərzində təqdim etməlidir.
Respublika ərazisi daxilində ezamiyyələr
• Müəyyən olunmuş qaydada rəsmiyyətə salınmış ezamiyyət vəsiqəsi; • Mehmanxana xərclərini təsdiq edən sənədlər.
• Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkiledir.
• Mehmanxana xərcləri barədə təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faiziödənilir.
• Respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir.
Xarici ölkələrə ezamiyyə
• Pasport və ya onuəvəzedən sənəddə ölkədən çıxmaq, ölkəyə qayıtmaq barədə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeydin surəti və nəqliyyat xərcləri barədə təsdiqedici sənədlər avans hesabatına əlavəe dilir.
• Xarici ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizini gündəlik yemək xərcləri təşkil edir.
• Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda işçiyə ezamiyyə xərci ödənilmir.
• Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 40 faizi
• Yalnız yemək xərci ilə təmin etdiyi hallarda isə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 faizi həcmində vəsait ödənilir.
Xarici ölkələrə ezamiyyə xərclərinin 1 günlük normaları
Sıra №-si
Ölkənin adı
Valyutaların adı
Ezamiyyə xərclərinin 1 günlük norması
1.
2.
3.
4.
1.
Rusiya Federasiyası
ABŞ dolları
150
Moskva və Sankt-Peterburq şəhərləri
240
2.
Tacikistan
ABŞ dolları
140
Düşənbə şəhəri
160
3.
Özbəkistan
ABŞ dolları
100
Daşkənd şəhəri
160
4.
Belarus
ABŞ dolları
140
Minsk şəhəri
180
5.
Ukrayna
ABŞ dolları
160
Kiyev şəhəri
210
6.
Moldova
ABŞ dolları
110
Kişineu şəhəri
150
7.
Qazaxıstan
ABŞ dolları
130
Almatı və Astana şəhərləri
200
8.
Qırğızıstan
ABŞ dolları
130
Bişkek şəhəri
160
9.
Gürcüstan
ABŞ dolları
140
Tbilisi şəhəri
155
10.
Türkmənistan
ABŞ dolları
95
Aşqabad şəhəri
130
11.
Latviya
avro
105
Riqa şəhəri
140
12.
Litva
avro
120
Vilnüs şəhəri
145
13.
Estoniya
avro
95
Tallin şəhəri
140
14.
Böyük Britaniya
funt sterlinq
170
London şəhəri
190
15.
Lixtenşteyn
avro
200
16.
Avstriya
avro
185
17.
Almaniya
avro
225
18.
Belçika
avro
215
19.
İrlandiya
avro
215
20.
Monako
avro
195
21.
Norveç
avro
225
22.
Niderland
avro
225
23.
San-Marino
avro
215
24.
Fransa
avro
205
Paris şəhəri
250
25.
Türkiyə
avro
150
Ankara və İstanbul şəhərləri
165
26.
İtaliya
avro
185
27.
Xorvatiya
avro
185
28.
Bosniya və Herseqovina
avro
160
29.
Danimarka
avro
180
30.
İsveçrə
avro
210
31.
Lüksemburq
avro
190
32.
Makedoniya
avro
190
33.
Kipr
avro
160
34.
Macarıstan
avro
160
35.
Malta
avro
160
36.
Portuqaliya
avro
170
37.
Slovakiya
avro
160
38.
Finlandiya
avro
210
39.
Çexiya
avro
190
40.
Serbiya
avro
155
41.
Monteneqro
avro
155
42.
Andorra
avro
200
43.
Albaniya
avro
160
44.
Yunanıstan
avro
180
45.
İslandiya
avro
190
46.
İspaniya
avro
200
47.
Polşa
avro
175
48.
İsveç
avro
225
49.
Bolqarıstan
avro
135
50.
Rumıniya
avro
175
51.
Sloveniya
avro
145
52.
ABŞ
ABŞ dolları
330
Nyu-York şəhəri
350
53.
Argentina
ABŞ dolları
195
54.
Braziliya
ABŞ dolları
225
55.
Kanada
ABŞ dolları
190
56.
Meksika
ABŞ dolları
165
57.
Amerika qitəsi üzrə digər ölkələr
ABŞ dolları
165
58.
Bəhreyn
ABŞ dolları
165
59.
Səudiyyə Ərəbistanı
ABŞ dolları
165
60.
Birləşmiş Ərəb Əmirlikləri
ABŞ dolları
235
61.
İordaniya
ABŞ dolları
140
62.
İran
ABŞ dolları
160
63.
Qətər
ABŞ dolları
180
64.
Küveyt
ABŞ dolları
180
65.
Oman
ABŞ dolları
170
66.
Suriya
ABŞ dolları
160
67.
İraq
ABŞ dolları
160
68.
İsrail
ABŞ dolları
170
68-1.
Fələstin
ABŞ dolları
170
69.
Livan
ABŞ dolları
170
70.
Liviya
ABŞ dolları
170
71.
Bruney
ABŞ dolları
155
72.
Yəmən
ABŞ dolları
185
73.
Əlcəzair
ABŞ dolları
165
74.
Mərakeş
ABŞ dolları
180
75.
Misir
ABŞ dolları
180
76.
Tunis
ABŞ dolları
180
77.
Seneqal
ABŞ dolları
185
78.
Sudan
ABŞ dolları
165
79.
Cibuti
ABŞ dolları
155
80.
Çad
ABŞ dolları
225
81.
Cənubi Afrika Respublikası
ABŞ dolları
240
82.
Afrika qitəsi üzrə digər ölkələr
ABŞ dolları
155
83.
Çin Xalq Respublikası
ABŞ dolları
185
84.
Sinqapur
ABŞ dolları
235
85.
Tailand
ABŞ dolları
205
86.
Malayziya
ABŞ dolları
205
87.
Şri-Lanka
ABŞ dolları
155
88.
Hindistan
ABŞ dolları
155
89.
Nepal
ABŞ dolları
155
90.
Banqladeş
ABŞ dolları
155
91.
Pakistan
ABŞ dolları
165
92.
Butan
ABŞ dolları
145
92
Myanma
ABŞ dolları
155
93.
Monqolustan
ABŞ dolları
145
94.
Laos
ABŞ dolları
155
95.
Vyetnam
ABŞ dolları
155
96.
İndoneziya
ABŞ dolları
205
97.
Əfqanıstan
ABŞ dolları
175
98.
Kamboca
ABŞ dolları
175
99.
Mavritaniya
ABŞ dolları
175
100.
Mali
ABŞ dolları
195
101.
Maldiv adaları
ABŞ dolları
165
102.
Hibraltar
avro
150
103.
Koreya Xalq Demokratik Respublikası (KXDR)
ABŞ dolları
225
104.
Koreya Respublikası
ABŞ dolları
245
105.
Yaponiya
Yapon iyeni
34720
106.
Filippin
ABŞ dolları
210
107.
Yeni Zelandiya
ABŞ dolları
195
108.
Avstraliya və Okeaniya
ABŞ dolları
195
Ezamiyyə zamanı aylıq əməkhaqqının hesablanması qaydaları
• işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə, həmin müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir (ƏməkMəcəlləsi, maddə 179).
• işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Qeyd: norma daxilində faktiki gündəlik ezamiyyə xərclərinə (mehmanxana xərcləri istisna olmaqla) təsdiqedici sənəd tələb olunmur, amma qanunvericilikdə nəzərdə tutulan normalardan artıq ezamiyyə xərci çəkildikdə normalardan artıq olan hissəsinin çəkilməsini təsdiqləyən müvafiq sənədləri təqdim edilməlidir. Belə ki, ezam olunmuş işçi tərəfindən ezamiyyə zamanı ezamiyyə xərclərinin qanunvericilikdə nəzərdə tutulan normalardan artıq olan hissəsinin çəkilməsini təsdiqləyən müvafiq sənədləri təqdim etdikdə həmin xərclərin əvəzinin ödənilməsi işçinin vergi tutulan gəlirinə aid edilmir, lakin ezamiyyə xərclərinin normadan artıq olan hissəsi müvafiq sənədlərlə təsdiq edilmədikdə isə həmin məbləğ işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə daxil olunaraq gəlir vergisinə cəlb edilir.
Misal 1. Müəssisə İşçisini Naxçıvan şəhərinə 1 günlük ezam etmişdir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra təqdim etdiyi avans hesa¬batında 60 manat vəsaiti istifadə etdiyini göstərmiş və mehmanxana xərclərini təsdiqləyən müvafiq sənədləri təqdim etmişdir. Bu halda NK-nin "Ezamiyyə xərclərinin normaları haqqında" Qərarına əsasən Naxçıvan şəhərində ezamiyyə xərclərinin 1 günlük norması 70 manat olduğunu nəzərə alaraq müəssisənin işçiyə verdiyi 60 manat pul vəsaiti norma daxilində olduğundan və mehmanxana xərclərini təsdiqləyən sənədləri təqdim etdiyi üçün işçinin aldığı 60 manat onun muzdlu işlə əlaqədar əldə etdiyi gəlirə daxil edilmədiyi üçün gəlir vergisi hesablanmır.
Misal 2. Müəssisə aylıq vergi tutulan gəliri 300 manat olan işçisini 2019-cu ilin iyun ayında Bakı şəhərinə 1 günlük ezam etmişdir. İşçi ezamiyyətdən qayıtdıqdan sonra təqdim etdiyi avans hesabatında 140 manat vəsaiti istifadə etdiyini göstərmişdir bu vəsaitin 100 manatını mehmanxana xərci 40 manatını isə gündəlik xərc təşkil edir.
Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" Qərarına əsasən ezamiyyə zamanı Bakı şəhərində 1 günlük norması 90 manat olduğu üçün mehmanxana xərc norması 72 manat (90 x 80% = 72 manat) və gündəlik xərc norması isə 18 manatdır (90 x 20% = 18 manat). Respublika ərazisi daxilində ezamiyyətlər zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməyən hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissənin 50 faizinin ödənildiyini nəzərə alaraq bu misal üçün aşağıdakı 2 mümkün hala baxaq.
1-ci hal. İşçi 100 manat mehmanxana xərcinin və gündəlik xərcin normadan artıq olan hissəsinin yəni 22 manatın təsdiq edən sənədlərini avans hesabatına əlavə etmişdir.
Bu halda, artıq xərclənmiş 28 manat (100 - 72 = 28 manat) mehmanxana xərci və 22 manat (40 - 18 = 22 manat) gündəlik xərc işçinin gəlirinə aid edilmir, çünki Vergi Məcəlləsinin 98.3-cü maddəsində norma daxilində yox, faktiki ezamiyyə xərc¬lərindən söhbət gedir. Yalnız bir məqama diqqət etmək lazımdır ki, faktiki ezamiyyə xərcləri sənədlərlə təsdiq olunmalıdır.
2-ci hal. İşçi mehmanxana xərcinin və gündəlik xərcin təsdiq edici sənədləri olmadığı üçün avans hesabatına əlavə etməmişdir.
Bu halda, gündəlik mehmanxana xərci normasınin 50 faizi yəni 36 manat (72 x 50% =36) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 18 manat (90x 20%=18) gəlirə daxil edilmir. Amma işçi sənəd təqdim etmədiyi üçün gündəlik mehmanxana xərci normasınin 50 faizindən artıq olan 64 manat (100-36=64) mehmanxna xərci və gündəlik xərcin normadan artıq olan hissəsi üçün sənəd tələb olunduğu üçün 22 manat (40-18=22) gündəlik xərc işçinin iyun ayının vergi tutulan gəlirinə əlavə olunmalıdır. Beləliklə, iyun ayı üzrə işçinin aylıq vergi tutulan gəliri 386 manat (300+ 64+22=386) olacaqdır.
Milli.Az /news.milli.az