Azərbaycanda FAO ilə əməkdaşlıq çərçivəsində yeni layihənin icrasına başlanılıb
Azərbaycanda BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə tərəfdaşlıq proqramı çərçivəsində "Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlı inkişafın sürətləndirilməsi" layihəsinin reallaşdırılmasına başlanılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan hökumət nümayəndələrinin, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin və FAO nümayəndələrinin iştirakı ilə keçirilmiş onlayn təqdimat mərasimində bildirilib.
Layihənin əsas məqsədi meşə fındığının istehsalının səmərəliliyinin artırılması və sahənin dayanıqlı inkişafının təmin olunmasıdır. Bu, fermerlərin gəlirlərinin artmasına gətirib çıxaracaq, qida və ərzaq təhlükəsizliyini təmin edəcək, kəndlərdə iş yerləri yaratmaqla yoxsulluğun azalmasına və regionlarda özünüməşğulluq imkanlarının artmasına yol açacaq.
Layihənin yekunlarına əsasən, dayanıqlı istehsalın intensivləşdirilməsi üzrə təkliflər irəli sürüləcək, fındıq istehsalı və satışında dayanıqlı bioenerji variantları dəyərləndiriləcək, eləcə də fındıq əkini, emalı və təhlükəsiz saxlanması üzrə fermerlərin bilik və bacarıqları artırılacaq.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar