Azərbaycanda film kimi qaçış: Polis postlarını dağıtdılar, tutulanda intihara cəhd etdilər - RƏSMİ AÇIQLAMA

Azərbaycanda film kimi qaçış: Polis postlarını dağıtdılar, tutulanda intihara cəhd etdilər - RƏSMİ AÇIQLAMAAzərbaycanda film kimi qaçış: Polis postlarını dağıtdılar, tutulanda intihara cəhd etdilər - RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi karantin rejimi ilə əlaqədar Göygöl rayonu ərazisində quraşdırılmış polis postunda baş verən insidentlə bağlı məsələyə münasibət bildirilib.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrin birində Göygöl rayon sakini olan gənc qız – Aytac Məmmədova iddia edir ki, özü və üç dostu rayon polis əməkdaşları tərəfindən döyülüblər, avtomobillərinin şüşələri sındırılıb, xəsarət alıblar, 12 min manatları götürülüb:
"Xanım polis əməkdaşlarını əsassız ittiham etməklə əsl həqiqəti gizlədir. Bildiririk ki, xüsusi karantin rejimi ilə əlaqədar Göygöl rayonu ərazisində quraşdırılmış polis postunda bu il mart ayının 31-də xidmət aparan əməkdaşlar gecə saat 00.30 radələrində "KİA Optima" markalı avtomobilin posta yaxınlaşdığını görüb, təlimata uyğun olaraq onu saxlayıb, sürücünün və maşındakı biri xanım olmaqla, üç sərnişinin sənədlərinə baxış keçirilib.
Məlum olub ki, sərnişin 22 yaşlı Aytac Məmmədovadan başqa, qalan üç nəfərin heç biri Göygöl rayonunda qeydiyyatda deyillər. Odur ki, polis əməkdaşları xüsusi karantin rejiminin tələblərini onlara izah edib və geri qayıtmalarını tələb ediblər. Lakin sürücü əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini 27 yaşlı Sultan Əliyev geri qayıtmayacaqlarını bildirərək, polislərlə lüzumsuz mübahisə yaradıb. Hərəkət və danışıqlarından onların dördünün də narkotik təsiri altında olmaları polislərin diqqətindən yayınmır.
Bu zaman S.Əliyev qəflətən maşını hərəkətə gətirərək, postakı şlaqbaumu qıraraq, yüksək sürətlə oradan uzaqlaşır. Nəticədə, polislərdən biri xəsarət alıb, xidməti avtomobilə isə zərər vurulub.
Bundan sonra polis əməkdaşları narkotik maddənin təsiri altında olan gənclərin törədə biləcəkləri digər cinayətin və hadisənin qarşısını almaq, həm də barələrində qanuni tədbir görülməsi üçün xidməti avtomobillə onların arxasınca gediblər və eyni zamanda, S.Əliyevin hərəkətdə olduğu istiqamətdəki polis postlarına məlumat verilib.
S.Əliyev idarə etdiyi avtomobillə irəlidəki daha iki karantin postunu dağıdaraq, Gəncə şəhərinə girərək gizlənib. Polis əməkdaşları həmin avtomobili dayanacaqlardan birində aşkar ediblər. Onların dördü də qapı və şüşələri daxildən kilidlənmiş avtomobilin salonunda olub.
Polislər avtomobilə yaxınlaşdıqda onlar salonda olan kəsici və deşici alətlərlə intihar edəcəklərini bildiriblər. Əməkdaşlar görəndə ki gənclər bədənlərinin müxtəlif nayihələrinə xəsarətlər yetirməyə başladılar, intiharın qarşısını almaq məqsədilə dərhal avtomobilin şüşələrini qıraraq, onları ölümdən xilas edərək Polis idarəsinə gətiriblər".  
"Keçirilən baxış zamanı avtomobildən narkotik vasitə olan heroin və güclü təsiredici həblər aşkar edilərək götürülüb. Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2 və 234-cü maddələri ilə cinayət işi qaldırılıb.
Məhkəmənin qərarı ilə Sultan Əliyev barəsində həbs-qətimkan tədbiri seçilib, digər üç nəfər isə istintaq müddətində zaminə buraxılıblar.
Guya polis əməkdaşlarının avtomobildə olan 12 min manat pulu götürmələri iddiası isə tamamilə qərəzdən yaranmış uydurmadan başqa bir şey deyil. O ki qaldı Aytac Məmmədovanın guya polislər tərəfindən döyülərək xəsarət almasına, o həmin xəsarətləri döyülmə nəticəsində deyil, məhz salonunda olduğu avtomobilin üç postdakı dəmir barmaqlıqlara çırpılması nəticəsində alıb", - deyə DİN rəsmisi qeyd edib.
Qeyd edək ki, sosial şəbəkələrdə Aytac Məmmədova və dostu Sultan Əliyevin Gəncəyə gedən zaman karantinə görə geri dönə bilmədikləri üçün Hacıkəndə getməyə qərar verməsi və postların birində insident yaşanması barədə məlumat yayılıb.
İlhamə Əbülfət

Sosial       Tarix: 19 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bu qun cəbhədən görüntülər bugünki xəbərlər xəbərlər