Azərbaycanda ilk dəfə "Turan Economic Forum" keçiriləcək
KOB Subyektləri və Klubları Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq 7-8 dekabr tarixlərində, Bakı şəhərində "Turan Economic Forum" həyata keçiriləcək.
azxeber.com xəbər verir ki, Forumun keçirilməsində əsas məqsəd Turan ölkələrinin biznes subyektləri, sahibkarları və iş adamları arasında ticarət əlaqələrini və kommersiya münasibətlərini inkişaf etdirmək, qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etməkdir.
Layihə müddətində dövlət rəsmilərinin çıxışı, 200-ə yaxın markanın təqdimatı, B2B görüşlərin və konfransın keçirilməsi, biznes əlaqələrinin qurulması və info turların təşkili planlaşdırılıb. Ölkəmizdən bir çox banklar, məşhur holdinglər, şirkətlər və ictimai birliklər kimi özəl qurumların və təşkilatların da iştirakı nəzərdə tutulub.
Forumda Turan ölkələri ilə yanaşı (Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan) Səudiyyə Ərəbistan, Küveyt, İsrail, Qətər, Misir, Rusiya və Yaponiyadan investorların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, forumun hər il fərqli Turan ölkəsində keçirilməsi planlaşdırılır. Növbəti "Turan Economic Forum" Türkiyə Cümhuriyyətində baş tutacaq.
Tədbirin təqdimatı ilə tanış olmaq üçün:
Qeydiyyatdan keçmək üçün :
Tədbirin keçiriləcəyi ünvan: Baku Marriott Boulevard Hotel
Xaqani Rüstəmov küç, 4C
Əlaqə: (+994) 051 230 39 35 / [email protected]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR