Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı - FOTOLAR

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı - FOTOLARAzərbaycanda eşitmə və nitq məhdudiyyətli insanlar üçün ilk elektron lüğət (www.jestdili.az) hazırlanaraq istifadəyə verildi.
Azxeber.com xəbər verir ki, lüğət Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) elan etdiyi "Sosial layihələr" müsabiqəsinin qaliblərindən olan "Doğma jest dili" layihəsi çərçivəsində "Nar"ın maliyyə dəstəyi ilə hazırlanıb. Elektron lüğətdə təxminən 3000-ə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətnləri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videoları yerləşdirilib.
Qeyd edək ki, "Doğma jest dili" lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdotərcüməçi, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasait olacaq. Onlayn lüğətin digər üstünlüklərindən biri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Bundan başqa, saytın mobil versiyası da hazırlanıb.
"Karlara Dəstək" İB-nin sədri Kamran Abasovun sözlərinə görə, elektron lüğət jest dilini öyrənmək arzusunda olanların istəyi nəzərə alınaraq hazırlanıb: "Azərbaycanda jest dili lüğətinin veb versiyası heç vaxt hazırlanmayıb. Veb-səhifə eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınlarının jest dilini öyrənməsini asanlaşdıracaq, həmçinin gələcək tərcüməçilər və eşitmə və nitq məhdudiyyətli uşaqlarla işləyəcək şəxslər üçün pulsuz öyrənmə imkanı verəcək. Eşitmə məhdudiyyəti olan insanların adından "Nar" və RİİB-ə göstərdikləri bu dəstəyə görə təşəkkür edirik".
"Nar"ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq 10 ilə yaxındır ki, mobil operator eşitmə və nitq məhdudiyyəti olan insanların cəmiyətə inteqrasiya olunmasına dəstək olmaq məqsədilə müxtəlif layihələr icra edib: "İlk elektron jest dili lüğətinin hazırlanması ilə eşitmə və nitq məhdudiyyəti olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılmasına və ətrafdakı insanlarla ünsiyyətinin asanlaşdırılmasına dəstək olacağımıza inanırıq. Mobil operator olaraq, həm abunəçilərimizə üstün müştəri xidməti təqdim etməyi, həm də cəmiyyətimiz üçün əhəmiyyətli sosial layhələr icra etməyi özümüzün məsuliyyəti hesab edirik".
RİİB-in nümayəndəsi Zaira Qasımovanın sözlərinə görə, İctimai Birliyin fəaliyyətində əhalinin maarifləndirilməsi və məşğulluğun artırılması mühüm yer tutur: "Sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həlli və sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası istiqamətində mütəmadi olaraq layihələr həyata keçirilir, yeni ideya və təşəbbüslər dəstəklənir. Layihə çərçivəsində onlayn lüğətin hazırlanması üçün Əmək və əhalinin sosial müdafiəsi nazirliyi, Təhsil nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA-nın mütəxəssisləri, dosentlər və müəllim heyəti, "Karlara Dəstək" İB-nin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldı".
Qeyd edək ki, "Nar" bundan əvvəl eşitmə və nitq məhdudiyyəti olan insanların müxtəlif peşələrə yiyələnməsi üçün paytaxtda və regionlarda "Təlim məktəbi" təşkil edib, eyni zamanda işarət dilində olan sözlərin jestlərlə izahını verən "Səssiz dünyaya körpü" adlı kitabı nəşr etdirib.
Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı - FOTOLARAzərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı - FOTOLARAzərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı - FOTOLARAzərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı - FOTOLAR

İqtisadiyyat       Tarix: 24 sentyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber cəbhədən son məlumat ən son xəbərlər xeber