Azərbaycanda 'instagram'da ən çox izləyicisi olan məşhur kimdir? - SİYAHI

Azərbaycanda 'instagram'da ən çox izləyicisi olan məşhur kimdir? - SİYAHISon illər sosial şəbəkələr hər kəsin maraq dairəsində olmaqla günümüzün çox hissəsini sərf etdiyimiz platformaya çevrilib. Kimisi burada sadəcə asudə zamanını keçirir, kimisi şəxsi biznesini inkişaf etdirir, kimisi də gəlir qazanmaq üçün maraqlı təqdimatlar edir.
Amma sözsüz ki, bu platformalar məşhurlaşmaq üçün də bir növ tramplin rolunu oynayır. Xüsusilə də müğənnilərin daha çox izləyici kütləsi qazanmaq üçün bir-biri ilə gizli rəqabət aparmasına zəmin yaradır. 
azxeber.com bu dəfə Azərbaycanın ən çox izləyiciyə sahib olan beş qadın müğənnisinin araşdırmasını sizə təqdim edir.
Çoxları üçün təəccüblü olsa da bu araşdırmada ilk pillədə Şəbnəm Tovuzlu yer alır. Tez-tez "youtube" trendlərində də ilk pillələri ələ alan Tovuzlu "instagram" izləyicisinə görə də bir çox həmkarından xeyli öndədir. Belə ki, onu sözügedən şəbəkədə 3.3 milyon insan izləyir. Onlar arasında yerli pərəstişkarlarla yanaşı Türkiyə, İran və Rusiya kimi böyük dövlətlərin vətəndaşları da yer alır. 
Damlanı "instagram"da 2.9 milyon insan izləyir. Bu rəqəm də onu Azərbaycanda sosial şəbəkələrdə izlənən ən məşhur qadınlar siyahısında 2-ci edir. Zaman-zaman qınaqlara tuş gəlsə də, istər ifa tərzi, istərsə də geyimlərinə görə tənqid olunsa da üzərində işləyən və dəyişən Damla görünür izləyicilərin marağına səbəb olur. O, maraqlı ifalar və kliplər təqdim edərək izləyici auditoriyasını aktiv saxlaya bilir.
Son olaraq "Ərə gedirəm" adlı hitini təqdim edən Xalq artisti Röya Ayxan isə ölkə sıralamasında 3-cü pillədədir. Onun "instagram" hesabı 2.6 milyon izləyici tərəfindən maraqla izlənir. Gündəlik həyatını, layihələrini, maraqlı və əyləncəli anlarını şəxsi hesabında paylaşım edən xalq artisti sosial şəbəkəni ən aktiv istifadə edən məşhurlardandır. 
"İnstagram"da ən çox izlənən qadınları sadalayarkən Vəfa Şərifovanın adını çəkməsək olmaz. O, bu platformada 1.5 milyon izləyicisi olan və paylaşımları maraqla izlənən müğənnilərdəndir. Özəl həyatı, duetləri və klipləri hər zaman diqqət mərkəzində olan Şərifova şəxsi hesabında izləyicilərinin ürəyincə olan paylaşımlar edir. Bir fanatının toyunda sürpriz edərək iştirak edən Vəfanın paylaşdığı anların görüntüləri 80.000 izləyici tərəfindən izlənilib.
Nə qədər təəccüblü olsa da, bu sıralamanın 5-ci pilləsində Xalq artisti, Pop Diva Aygün Kazımova qərarlaşıb. Son zamanlarda fit bədən quruluşu, bir birindən zövqlü geyimləri, dillər əzbəri olub trendləri alt-üst edən mahnıları ilə gündəmdən düşməyən Kazımovanın "instagram" hesabını 1.4 milyon insan izləyir. Hər zaman kəmiyyətdən çox keyfiyyətə önəm verdiyini bildirən xalq artistinin istər şouları, istər tərzi, istərsə də klipləri sosial şəbəkələrin ən çox müzakirə olunan xəbərlərinə çevrilir.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 12 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari bugünkü son xəbərlər son xəbərlər azərbaycanda hava durumu