Azərbaycanda ipoteka kreditlərinin orta aylıq məbləği rekordu keçib
2019-cu ilin noyabr ayına olan göstəricilərə görə Azərbaycan bankları 31 milyon manat məbləğində ipoteka krediti verib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yarım milyon manat çoxdur.
Milli.Az bildirir ki, Trend-in Mərkəzi Bankın noyabr hesabatına istinadən verdiyi məlumata görə, 2019-cu ilin 11 ayı ərzində Azərbaycan bankları tərəfindən ümumilikdə 158,6 milyon manat ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 34,5 faiz azdır.
Məlumata görə, 2019-cu ilin noyabr ayında banklar tərəfindən verilmiş kreditlərin yenidən maliyyələşdirilməsinin həcmi 7,5 milyon manat, ilk 11 ayda isə 215,2 milyon manat təşkil edib.
Noyabr ayında fondun müvəkkil bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği 50 632 manat (2018-ci ilin noyabr ayında bu göstərici 48 704 manat olub) təşkil edib ki, bu da ölkədə ipoteka fondunun fəaliyyətinin müddətində ən yüksək göstəricidir. Kreditin orta ödəmə müddəti 2018-ci ilin noyabr ayındakı göstəriciyə nisbətən dəyişmədən 281 ay olub. Orta illik faiz dərəcəsi 6.44 faiz (bir il əvvəl 6.56 faiz), orta aylıq ödəniş 354.4 manat (344.7 manat) təşkil edib.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı