Azərbaycanda karantinin sərtləşdirilməsinin nə vaxtadək davam edəcəyi açıqlandı - RƏSMİ
Azərbaycanda karantinin sərtləşdirilməsinin nə vaxtadək davam edəcəyi açıqlandı - RƏSMİ
"Koronavirusla bağlı sərtləşdirmələr yoluxma sayı aşağı düşənədək davam edəcək".
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, dünyada peyvəndlə bağlı proseslər izlənilir:
"Bu barədə danışıqlar aparırıq. Ənənəvi peyvəndlərin hazırlanmasına kifayət qədər böyük vaxt lazımdır. Məhz buna görə də COVID-19-a qarşı peyvəndin hazırlanması uzun vaxt alır. Bu müddət ərzində bir çox peyvəndin üzərinə iş getdi, amma yeni yanaşmalarda böyük təcrübə olmadı. Ümid edirik ki, təsdiqlənmiş və ən təhlükəsiz vaksindən Azərbaycana gətirəcəyik".
"Hazırda iki ölkədə - Böyük Britaniya və Türkiyədə vaksinasiyaya başlanılıb. Türkiyədə vaksinasiyası başlanılan Çin peyvəndi ən təhlükəsiz peyvəndlərdəndir. Qısa müddətdə peyvənd haqqında məlumat veriləcək", - deyə o qeyd edib.
İlhamə Əbülfət
Turlar.az [newsid: 0-123300]

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
Paşinyan və Pezeşkian bir arada - FOTO
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Türkiyənin qorxulu düşməni İrana qarşı hərəkətə keçdi – Sərhəddə SENSASİYA
Zəngilanda bir nəfər çayda boğulub
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə
Paşinyan təcili Rusiyaya gedir - Nə baş verir?
Teymur Kərimov vəfat etdi
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı
"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladı