Azərbaycanda keçmiş dövlət məmuru oğurluğa görə tutuldu
Azərbaycanda keçmiş dövlət məmuru oğurluğa görə tutuldu
Göyçay rayonunda oğurluq etməkdə şübhəli bilinən keçmiş dövlət məmuru həbs edilib.
Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən xəbərə görə, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb.
Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli "Generator su pompası" və "Taxta konstruksiya tipli ev"in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.
Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Cəbrayılov Səməd Surxay oğlu saxlanılıb və onun barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib. /oxu.az

"Qarabağ"ın 8-ci transferi - Cebrail Makreçkis
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var
Minik avtomobili yük maşınına çırpılıb - 3 nəfər xəsarət alıb
Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU
Azercell yeni nəsil "Alfa Plan" tariflərini təqdim edir
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
Paytaxtın bu rayonlarında işıq kəsiləcək
Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
Yeni mövsümə hazırlaşan "Sumqayıt"ı kimlər sınağa çəkəcək?
Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA