Azərbaycanda kişini döyən qadın 1000 manat cərimələndi

Azərbaycanda kişini döyən qadın 1000 manat cərimələndiGədəbəy rayonunda 1959-cu il təvəllüdlü Sevil qonşusu Nadiri (adlar şərti verilib - red.) taxta paçası ilə döyüb.
Azxeber.com teleqraf-a istinadla bildirir ki, hadisə bu ilin mayın 24-də baş verib. Sevil həmin gün saat 12 radələrində Nadir ilə evinin həyətində mübahisə edib. Sevil mübahisə zamanı Nadiri yerdən götürdüyü ağac parçası ilə döyüb.
İstintaq orqanı tərəfindən Sevilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Nadiri tanıyır, onunla heç bir düşmənçiliyi yoxdur: "Nadirlə aramızda həyətyanı torpaq sahəsi ilə əlaqədar mübahisələrimiz var. Hazırdada aramızda normal qonşuluq münasibətləri yoxdur. Mayın 23-də, saat16 radələrində Nadirin azyaşlı uşaqları Səid və Natiq yenə də evimin arxasında səs-küy salaraq bizi narahat etdilər".
Sevilin sözlərinə görə, mayın 24-də, saat 11 radələrində küçəyəçıxıb və Nadiri evinin həyətində olduğunu görüb: "Nadirdən uşaqlarının bizi narahat etmələri barədəona iradımı bildirdim. Nadir və arvadı Sevda uşaqlarının yaxşı etdiyini bildirdi, mənə qarşısöyüşlər etdilər. Səsə qızım Məleykə gəldi, məni evə apardı. Telefonla bu barədə oğlum Şahmara dedim. 20 dəqiqə sonra evimin həyətindən küçəyə baxanda Şahmarın gəldiyini, birbaşa Nadirin yanına getdiyini gördüm. Şahmar Nadirə məni və qızımı təhqiretməsinə görə irad bildirdi. Nadir isə Şahmara yumruq atdı. Onlar bir-biri ilə çəkişməyə başladılar. Bu zaman yerdən ağac götürərək Nadirini sifətindən vurdum. Nadirdə yerdən götürdüyü ağacla məni vurdu, zərbənin təsirindən yerəyıxıldım, qaşımdan qan axmağa başladı. Səhhətim pisləşdiyi üçün oğlum və qızım iləbirgə hadisə yerindən uzaqlaşdıq, evimizə getdik".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Nadirin sözlərinə görə, təqsirləndirilən Sevil onun qonşusudur: "10 il əvvəl aramızda torpaq üstündə narazılıq olub. Daha sonra həminnarazılığı qanuni yolla həll etdik. Mayın 23-də axşam arvadım mənə zəng edərək bildirdi ki, buzovumuzu qonşunun həyətinə bağladığımız üçün Sevil və qızı buzovun səsinin onları narahat etməsinə görə onu təhqir edirlər. Arvadıma buna əhəmiyyət verməməsini bildirdim. Həmin gün heç bir mübahisəmiz olmadı".
Nadir qeyd edib ki, mayın 24-də, saat 11 radələrində evdən çıxaraq getmək istəyib: "Bu zaman Sevil və qızıküçədədayanaraq mənim və arvadımın ünvanına təhqiredici ifadələr işlətdi. Sevil və qızına iradımı bildirdim. Həmin vaxtı Sevilin oğlu Şahmar da gəldi. Onlar hər üçü ünvanıma nalayiq ifadələr işlətdilər. Sonra Şahmar mənə tərəf gəldi, yumruqla məni vurmaq istədi. Şahmarın qolundan tutaraq saxladım. Şahmarın arxasınca gələn anası Sevil isə bu vaxt həyətdən lobyataxtası götürərək sifətimdən bir dəfə vurdu, mənə xəsarət yetirdi".
Zərərçəkmişin ifadəsinə görə, arvadı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və polis çağırıb. Qeyd edib ki, onlar hazırda barışmayıblar. Zərərçəkmiş Sevilin barəsində qanuni tədbir görülməsini xahiş edib.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Sevil 1000 manat miqdarında cərimə olunub.

Sosial       Tarix: 21 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Süni intellekti bilən müəllimlər yetişdirilməlidir

"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycand

Azərbaycanda bu valyuta bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. -ın məlumatına görə, iyulun 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0364 manat təşkil edib. Öz növbəsində, Rusiyanı

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Kanalda batan 23 yaşlı gəncin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətində

AMB rəsmi valyuta məzənnələrini açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 iyun tarixinə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Rəsmi məzənnəyə əsasən, 1 avro 1,9362 manat

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

"Süni intellekt müəllimin peşəkar fəaliyyətini daha da gücləndirəcək

İyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təhsil sisteminin rəqəmsal transformasiyası əsas müzakirə mövzularında

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 xeber.az xəbərlər.com valyuta mezennesi banklar