Azərbaycanda neft hasilatı kəskin artacaq - PROQNOZ

Azərbaycanda neft hasilatı kəskin artacaq - PROQNOZAzərbaycanda neft hasilatı kəskin artacaq - PROQNOZ
Azərbaycanın 2021-ci il üzrə neft və kondensat hasilatı ilə bağlı proqnoz yenilənib.
Oxu.Az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, mart ayının proqnozuna görə 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatı gündə 770 min barel olacağı proqnozlaşdırılır.
Halbuki, Agentliyin yanvar və fevral ayında (fevral ayında proqnoz yanvar ayında olduğu kimi sabit saxlanılıb) Azərbaycanda neft və kondensat hasilatı ilə bağlı proqnozu 730 min barel idi. Ötən ayla müqayisədə proqnoz göstərici 40 min barel və ya 5,2 faiz artırılıb. 
Həmçinin, 2020-ci ilin neft və kondensat hasilatının gündəlik orta həcmi ilə müqayisədə proqnoz 60 min barel və ya 8,5 faiz artırılıb.
Agentliyin hesablamalarına əsasən, 2021-ci ilin birinci rübündə ölkədə neft və kondensat hasilatının gündəlik orta həcmi 750 min barel (yanvar və fevral ayının proqnozu ilə müqayisədə 50 min barel çox), ilin ikinci rübündə 760 min barel (ötən proqnozla 30  min barel çox), üçüncü rübdə 770 min barel (30 min barel çox) və ilin sonunda, dördüncü rübdə isə 790 min barel (40 min barel çox) olacağı gözlənilir.
Qeyd edək ki, 2020-ci ilin birinci rübünün proqnozu ilə müqayisədə 2021-ci ilin birinci rübü üçün proqnoz 30 min barel və ya 2,6 faiz az olsa da, ikinci rüblə müqayisədə proqnoz 60 min barel və ya 8,6 faiz artırılıb. Eləcə də, üçüncü və dördüncü rübdə hasilat üzrə proqnoz ötən ilin göstəricisi ilə müqayisədə 100 min barel, yaxud müvafiq olaraq 14,9 faiz və 14,5 faiz daha çoxdur.
Enerji İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcminin 820 min barel olacağı proqnozlaşdırılır.
Agentliyin yanvar və fevral ayında 2022-ci il üzrə Azərbaycanda neft və kondensat hasilatı ilə bağlı proqnozu 780 min barel idi. Proqnoz ötən aylarla müqayisədə 40 min barel, və ya 5,1 faiz artırılıb.
Növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik orta həcminin 810 min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə isə hasilatın 10 min barel artaraq 820 min barel olacağı qeyd edilib.
Hasilatın ilin üçüncü rübdə yenidən 10 min barel azalaraq 810 min barel, dördüncü rübdə isə 20 min barel artaraq 830 min barel olacağı proqnozlaşdırılıb.

Sosial       Tarix: 10 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber son xeberler 2026 xəbər.az sonxeberler