Azərbaycanda nöqsanlara görə üç vəzifəli şəxs işdən uzaqlaşdırıldı
Azərbaycanda nöqsanlara görə üç vəzifəli şəxs işdən uzaqlaşdırıldı
İyunun 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
İclasda universitetin İctimai Şurasının üzvləri də iştirak edib. İclasda yay imtahan sessiyasının və imtahanların gedişı zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib. Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib.
Bildirilib ki, sənəd dövriyyəsinin təşkili və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərtibatı və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub.
Sənədlərin tərtib olunması və dövriyyəsində yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun "Nəqliyyat və logistika", "Maşınqayırma və robototexnika", "İnformasiya və telekommunikasiya texnologiyaları" fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb.
İclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb. Qiymətləndirmə və monitorinq şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi yaradılıb. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb