Azərbaycanda onlayn-satışlar artıb

Azərbaycanda onlayn-satışlar artıbDünyanın aparıcı elektron ticarət platformalarına daxil olanların sayı xeyli artıb.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "Azexport"un meneceri Ayxan Qadaşov bildirib.
Onun sözlərinə görə, pandemiyanın yayılması dövründə dünyada tətbiq olunan karantin rejimi insanları ənənəvi alış metodlarından çəkinməyə və onlayn alış-veriş etməyə başlamağa məcbur edib. Bu fonda Azərbaycanda onlayn satışlar xeyli artıb.
"Elektron ticarətə artan marağı və karantin qaydalarının tətbiqini nəzərə alaraq İqtisadi İslahatlar və Rabitə Təhlili Mərkəzinin Azexport portalı, "Worldef Business School" və "Worldef"in Azərbaycandakı nümayəndəsi və "My Broker" gömrük nümayəndəliyi ilə birlikdə "Amazon - məsafəli təhsil və elektron ticarət" layihəsini həyata keçirib", - menecer deyib.
A.Qadaşovun qeyd etdiyi kimi, layihə çərçivəsində iştirakçılara Amazon elektron ticarət portalında hesab açma, yüksək satış dərəcələri olan məhsulların, beynəlxalq e-ticarət platformaları vasitəsilə məhsulların etibarlı tədarükçülərinin müəyyənləşdirilməsi, məhsulların Amazon anbarlarına göndərilməsi, reklam strategiyasının, beynəlxalq logistika və daxili təchizatın müəyyənləşdirilməsi, Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq elektron ticarətdə gömrük əməliyyatları və digər müvafiq prosedurları həyata keçirmək qaydaları izah edilib.
O deyib: "Beynəlxalq təcrübədən istifadə edərək elektron ticarətdə gömrük bəyannamələrinin (ETGB), beynəlxalq ticarət hüququ və standartları, texniki tənzimləmə və digər zəruri məlumatların tətbiqi imkanları öyrənilib".
A.Qadaşov bildirib ki, yeddi gün davam edən və Zoom tətbiqi vasitəsi ilə keçirilən onlayn təlimlərdə 168 nəfərin iştirak edib. Təlimdə 40-a yaxın iştirakçıya elektron sertifikatlar təqdim edilib.
Xatırladaq ki, "Azexport" (www.azexport.az) dövlət başçısının 21 sentyabr 2016-cı il tarixli "Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" sərəncamı ilə yaradılıb. Bu dövrdə ixrac olunan əsas məhsullar tütün, toyuq əti və yumurta, fındıq, pambıq yağı, şərab, nar, soğan, kosmetika, tibbi ceviz, mebel, boyalar, qənnadı məmulatları, meyvə əlavələri olan süd, mineral su və sarımsaqdır.
İqtisadi islahatların təhlili mərkəzi tərəfindən idarə olunan portalın məqsədi Azərbaycan istehsalı olan məhsullar haqqında məlumat verməkdir, onların xarici və daxili bazarlarda təqdimatı üçün effektiv bir platformadır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər