Azərbaycanda qadına şiddət və qadın cinayətləri niyə artır?

Azərbaycanda qadına şiddət və qadın cinayətləri niyə artır?Bir müddət əvvəl Sevinc Məhərrəmovanın bədənində qançır izlərini göstərən fotosu sosial mediada yayılmışdı. O, əri tərəfindən döyüldüyü üçün evdən qaçmışdı
Ötən gün isə bir Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi xəbəri yayıldı. Sevinc Məhərrəmovun başı kəsilərək öldürüldüyü bildirilib.
Son vaxtlar qadın cinayətlərinin və qadın zorakılığının artması cəmiyyəti narahat edən məsələlərdəndir. Hətta bununla bağlı sosial şəbəkələrdə kampaniyalar da aparılır. Bəs görəsən, qadın cinayətlərinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Azxeber.com məsələnin müzakirəsi ilə bağlı hüquq müdafiəçisi, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri, Daxili İşlər Nazirliiyi İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri Mehriban Zeynalova ilə əlaqə saxlayıb.
Mehriban Zeynalova bildirib ki, belə məsələlərdə hər kəs günahkardır, bunların ardınca axıra qədər gedilmir:
"Belə məsələlər hər birimiz üçün məyusluq yaradır. Belə xəbərlər də bir cür travmadır ki, biz alırıq. Söhbət ondan gedir ki, əksər hallarda bu məsələrin ardınca axıra qədər gedilmir. Biz bu məsələdə bütün dünyanı ittiham edə bilərik. Deyə bilərik ki, hamı günahkardır. Amma mənim praktikamda çox olur ki, əvvəl gələndə deyirlər ki, vurur, döyür, amma daha sonra ya qohumları, ya da özü təzyiq edir. Barışırlar, məsələ bağlanır. Məndə bir hadisə var idi, düzdü ölüm hadisəsi deyildi. Qadını monitorinqə də salmışdım ki, rayonda onu yoxlasınlar ki, görək vəziyyəti necədir. Sonra mənə deyir ki, niyə zəng vurursan, niyə məni narahat edirsən? Mən xoşbəxtəm".
Mehriban Zeynalova qeyd edib ki, qadınlar üçün sosial paketlər, sosial müdafiə sistemi olmalıdır:
"İstanbul Konvensiyasi çox yaxşı bir mexanizmdir. Bizdə isə mexanizm yoxdur, istiqamətləndirmə yoxdur. Qurumlararası operativlik yoxdur. Bir çoxları deyir ki, burada məsələnin mahiyyətində hüquq-mühafizə orqanları dayanır. Yaxşı bəs qadınlar üçün sosial paketlər niyə yoxdur, sosial müdafiə sistemi niyə güclənmir? Ömürlük heç kim sığınacaqda qala bilməz. Demək, inteqrasiya proqramı olmalıdır. Sosial proqram olmalıdır".
"Hazırda bizim sığınacaqda psixoloji təsirə məruz qalan şəxslər daha çoxdur, amma fiziki zorakılığa məruz qalanlar da var. İndi problem odur ki, gənc qızlar da evdə zorakılığa məruz qalır. Valideyn uşaqla ünsiyyət qura bilmir. Bir də görürsən ki, polisə zəng vurur və dərhal gətirirlər. Yəni bu sığınacaq müraciət edənlərin əksəriyyəti fiziki və psixoloji təsirə məruz qalanlardır. Bu da ciddi problemdən xəbər verir" – deyə Mehriban Zeynalova əlavə edib.
Aydın Nuri

Sosial       Tarix: 04 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri