Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər - 'Hər birimiz bunun ləğvi üçün çalışmalıyıq

Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər - 'Hər birimiz bunun ləğvi üçün çalışmalıyıqAzərbaycanda son vaxtlar qohum evliliklərinin sayında artım müşahidə olunur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2023-cü ildə Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən qohumlar arasında qeydə alınmış nikaha daxilolma hallarının sayı 1935 olub.
Ədliyyə Nazirliyi tərəfindən verilən məlumatda isə qohum hesab edilən şəxslər arasında qeydə alınmış nikahların sayı 2021-ci ildə 2 363, 2022-ci ildə isə 2 542 olub, belə nikahların pozulmasının sayı 2021-ci ildə 204 olub, 2022-ci ildə isə 608 olduğu qeyd olunur.
Xüsusilə bu cür nikahların pozulması halları 2022-ci ildə daha çox Bakı şəhəri (195), Abşeron-Xızı (69), Mil-Muğan (59), Mərkəzi-Aran (47), Lənkəran-Astara (38) regionlarında görünür.
Azərbaycanda qohum evliliklərinin artmasının səbəbi nədir? 
Görəsən, ölkəmizdə bu tip evliliklərin qadağan edilməsi üçün hansı addımlar atılmalıdır?
2024-cü ilin mart ayında Prezident Adminstrasiyasında da sözügedən məsələ ilə əlaqədar ictimai müzakirə keçirilib və əhalinin əksər hissəsinin qohum evliliyinin qadağan olunmasının tərəfdarı olduğu vurğulanıb.
Onu da əlavə edək ki, ikinci və üçüncü dərəcəli qohumluğu olan şəxslərin nikahının qadağan edilməsi üçün qanunvericilikdə dəyişiklik edilməsi məsələsi də ciddi şəkildə müzakirə olunur.
Məsələ ilə əlaqədar "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova azxeber.com-a açıqlama verib.
Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər - 'Hər birimiz bunun ləğvi üçün çalışmalıyıqM. Zeynalova bildirib ki, istənilən köhnə adət-ənənə, qanunvericilik yolu ilə davranış dəyişikliyinə gətirib çıxara bilər:
"İstənilən köhnə adət-ənənə, qanunvericilik yolu ilə davranış dəyişikliyinə gətirib çıxara bilər. Əsas odur ki, qanun konkret olsun, hansısa boşluqlar olmasın ki, sonradan sui-istifadələrə gətirib çıxarmasın. Erkən nikahla bağlı tam uğur qazana bilməməyimizə səbəb qanun və praktika arasındakı ziddiyyətdir. Vəziyyət o həddə çatıb ki, PA (Prezident Admnistrasiyası) bu məsələləri ictimai müzakirəyə salıb. Ona görə ki, hələ də düşüncə və davranışda buna qarşı çıxan çoxdur və bunu qəbahət saymırlar. Hətta elmi tədqiqatlar da onları inandıra bilmir. Çünki cəmiyyət belə mövzularda köhnə adət-ənənələri daha çox dəstəkləyirlər, az bir qismi yenilikləri qəbul edir. Qohum evliliyinin fəsadları çoxlarına görə süni qabardılmış məsələdir.  
Əksəriyyət çevrəsində qohum evlilikdən doğulan uşaqların normal olduğunu sübut etməyə çalışır. Lakin nəzər almırlar ki, indiki əsrdə, ekosistemin zədələndiyi bri vaxtda qohum evliliyi daha ağır fəsadları ilə müşahidə edilən doğrularla nəticələnir. Bu günə qədər 70-80 nəfər sığınacaqda qalanlar olub. Amma yüzdən çox müraciətlər olur. Əslində, belə yerdə əhali ilə alimlər danışmalıdır, onları inandırmalıdırlar. Kiçik filmlərlə, reklamlarla, hekayələrlə onları maarifləndirməlidirlər. Burada qohumluq arasında münaqişələrlə də zorakılıq halları var. Həyatı təhlükədə olan şəxsləri polis tərəfindən istiqamətlənənlərin bəziləri polisə müraciət etmir, lakin xəsarəti və təhlükəsi olanda biz özümüz polisə müraciət edirik. Bəzən isə müraciət etmək istəməyənlər də olur".
Mehriban Zeynalova əlavə edib ki, cəmiyyətdəki bu tendensiyanın qarşısını almaq üçün alimlərin, nüfuzlu şəxslərin rolu vacibdir:
"Ümumiyyətlə, əsasnaməmizdə 12 yaşdan yuxarı oğlanları götürə bilməməyimiz qeyd olunur. Müraciət az olur, ümumiyyətlə şəxs onun istəyinin əleyhinə edilən hər hansı davranış və hərəkəti zorakılıq hesab edərsə, bu zorakılıqdır. Mənə görə bu doğma bacı-qardaş qədər yaxın olan şəxslərdir tərbiyə məsələsidir. Ailənin özünün bu məsələdə baxışları, düşüncəsi vacibdir. Belə bir misal da çəkirlər ki, yaxşıdır, özgəyə vermə heyfdir, pisdir özgəyə vermə ayıbdır. Mən bir mənalı şəkildə qohum evliliyini qəbul etmirəm. Dediyim kimi, qohum evliliyin fəsadları ilə bağlı alimlər, nüfuzlu şəxslər TV və KİV-də qohum evliliyinin fəsadlarını göstərməli, hüquqşünaslar isə qanunvericiliklə bunu tənzimləyici məsləhətlər verməlidirlər. Deputatlar əmindilərsə, qoyun onlar danışsınlar. Bilirsiz, kimsə öz dediyinə inanmayanda heç kim inanmır".
Mövzu ilə əlaqədar azxeber.com-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, Azərbaycanda qohum evlilikləri tam qadağan olunmalıdır:
Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər - 'Hər birimiz bunun ləğvi üçün çalışmalıyıq"Mən neçə vaxtdır çalışıram ki, Azərbaycanda qohum evlilikləri tam qadağan olunsun və daim çalışacağam. Buna gücüm də çatır və xeyli ictimai rəyi formalaşdırmağa çalışıram. Çox iyrənc bir münasibətdir. Bunu təcili şəkildə ləğv etmək lazımdır. İstər fiziki, istərsə də mənəvi cəhətdən qorxunc və təhlükəli bir hərəkətdir. Xalqımıza layiq olmayan bir əməldir. Bu sahədə təbii ki, bu cür evliliklərin qadağan olunması gözləniləndir. Çünki insanların əksəriyyəti bu halları başa düşməkdədirlər".
Sosioloq ekspert vurğulayıb ki, bu cür evliliklər İslam dinində də qadağan edilir:
"Mən bu məsələylə əlaqədar bir neçə televiziya proqramlarında iştirak etmişəm, müsahibələr, izahlar da vermişəm. Əslinə baxanda qohum evlilikləri islami dəyərlərə də ziddir. Çünki İslam dinində bəzi şəxslər bunun tam qanuni olduğunu iddia edirlər. Lakin onu deyənlər heç "haram" sözünün nə olduğunu bilmirlər. İslama fiziki cəhətdən ziyan verən şey haram sayılır. Məsələn, çörəyi çox yedikdə haram sayılır. Ona görə də hər birimiz çalışmalıyıq ki, bu cür xoşagəlməz evliliklər tez bir zamanda ölkədə ləğv edilsin. İnanıram ki, olacaq".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc edilib.
Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər - 'Hər birimiz bunun ləğvi üçün çalışmalıyıq

Sosial       Tarix: 31 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına 17 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini elan edib. Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıl

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Space' TV-də yüksək vəzifəyə təyinat

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub. -a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"i

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

Bu balıq növlərindən uzaq durun - XƏBƏRDARLIQ

Balıq insan orqanizmi üçün faydalı qidalar sırasında yer alsa da, bütün balıq növləri eyni dərəcədə təhlükəsiz hesab edilmir. Bəzi balıq növləri yaşadıqları mühit və qidalanma xüsusiyyətlərinə görə civə, qurğuşun və digə


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gunun xeberleri xeberler maliyye xeberler bugun hava proqnozu