Azərbaycanda qohumuna saxta əlillik pensiyası düzəldən baş həkimə cinayət işi açıldı
Saatlı Rayon Mərkəzi Xəstəxanasında saxta əlillik dərəcəsinin verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Saatlı Rayon Prokurorluğundan Azxeber.com-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Saatlı RMX-nin direktorunun müavini-baş həkimi işləyən Adəm Əliyev baş-beyin qan dövranının pozulması xəstəliyinə görə müavinət almaq üçün ona müraciət edən qohumuna kömək etmək məqsədilə xəstəxananın digər vəzifəli şəxsləri ilə birlikdə əlbir olaraq sonuncunun adına tibbi sənədləri saxtalaşdırıb.
Belə ki, əmək qabiliyyətinin olmaması vərəqələrində göstərilən xəstəxanaların heç birində ambulator və ya stasionar qaydada müalicə olunmadığı halda bununla bağlı bilə-bilə yalan məlumatlar daxil edərək həmin şəxsə 01.06.2019-cu il tarixdən 31.12.2019-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 2 976 manat məbləğində pul müavinətinin ödənilməsini təmin edib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri aparılır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR