Azərbaycanda qrip virusu ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ
El arasında mövsümi qrip olaraq tanınan "İnfluenza" xəstəliyinin payız gələr-gəlməz artması insanlarda narahatlığa səbəb olub. Hətta ayda iki dəfə qripə yoluxanların olduğu bildirilir. Hazırda yayılan qripin əlamətləri ənənəvi qripdən nə ilə fərqlənir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan professor Adil Qeybulla deyib ki, hətta COVID-19 pandemiyasından öncə soyuqdəymə xəstəliklərini törədən xeyli viruslar mövcud idi.
O, virusun bir neçə növünün olduğunu bildirib:
"Bunların içində qrip virusunun üç növü var – A, B və C. Lakin əsas A virusu daha çox rol oynayır.
Bundan başqa "Adenovirus", "Rinovirus", yuxarı tənəffüs yollarında problem yaradan "Coronavirus"un dörd növü bu cür soyuqdəymə xəstəlikləri törədirdilər.
Koronavirusun insanlarda tapılması ilk dəfə 60-cı illərdə aşkar edilib. Həmin zaman soyuqdəymədən ölən bir neçə xəstənin nəfəs yollarından götürülmüş yaxmalarda koronavirus aşkar edilib. Sonra bunun insanlara heyvanlardan transfer olunduğu məlum olub".
A.Qeybulla deyib ki, soyuqdəymə COVİD-19-a qədər də var idi, indi də davam edir:
"Əslində, soyuqdəymənin səbəbi çoxdur. Qeyd edim ki, Omikron ştammının mutasiyası hələ də davam edir.
Pandemiya bitsə belə, virus tamamilə yoxa çıxmayıb. O baxımdan burada Omikronun da rolu var. Pandemiyadan sonra zəifləmiş orqanizmlər və payız-qış fəsillərində bu xəstəliyin tüğyan etməsi bir fondur. Əlbəttə, burada müxtəlif xəstəliklərin olması da təbiidir. Hesab edirəm ki, kütləvi xəstəliklərin baş verməsi olur və keçir.
Düzdür, bəziləri soyuqdəyməni ağır keçirir, amma hesab edirəm ki, bu, araşdırılmalıdır. Bu gün kollektivlərdə hansı virus daha çox rol alırsa, bununla bağlı Operativ Qərargah mütəmadi olaraq məlumat verməli, insanlara tövsiyələr etməli, vətəndaşlar maarifləndirilməli və məlumatlandırılmalıdırlar".

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var