Tibdə YENİ ERA: Xərçənglə bağlı elə bir kəşf edildi ki

Tibdə YENİ ERA: Xərçənglə bağlı elə bir kəşf edildi kiBöyük Britaniyada qan analizi vasitəsilə 10 fərqli xərçəng növünü erkən mərhələdə müəyyən etməyə imkan verəcək yeni tədqiqat həyata keçirilir. "Independent" nəşrinin məlumatına görə, "Enlighten" adlı layihə çərçivəsində aparılan bu tədqiqat onkoloji xəstəliklərin diaqnostikasında inqilabi dönüş vəd edir. Maraqlıdır, gələcəkdə bu analiz xərçəngin növünü və ya yayılma səviyyəsini dəqiq şəkildə müəyyən edə biləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, layihə çox xəstəlikli diaqnostikanın həyata keçirilməsi baxımından tibbdə mühüm addımdır:
Tibdə YENİ ERA: Xərçənglə bağlı elə bir kəşf edildi ki"Əgər metod tam şəkildə özünü doğruldarsa, bu, həm onkoloji, həm də immun sistem pozuntularına bağlı xəstəliklərin vaxtında aşkarlanmasında mühüm rol oynaya bilər. Bu testlər süd vəzi xərçəngi, mədə-bağırsaq sistemi xərçəngləri və digər onkoloji xəstəlikləri qan analizi vasitəsilə müəyyən etməyə imkan verir.
Həmin metod həm də immun sistemindəki dəyişikliklərin, xüsusən də hamiləliyin son aylarında uşağın psixi vəziyyəti ilə bağlı ilkin əlamətlərin aşkarlanmasına imkan verir. Misal üçün, doğulacaq uşaqlarda depressiya riski barədə öncədən məlumat əldə etmək olar".
Rasif Bağırov əlavə edib ki, bu analizlərin etibarlılıq dərəcəsi hazırda 85-90% arasında dəyişir. Gələcəkdə texnologiyanın inkişafı ilə metodun daha da təkmilləşdirilməsi və dünya üzrə geniş yayılması gözlənilir. Xəstəlikləri erkən mərhələdə aşkar edib qarşısını almaq baxımından bu, tibbdə əhəmiyyətli irəliləyiş ola bilər".
Aynurə İsmayıl
KONKRET.az

Sağlamlıq       Tarix: 02 avqust 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumat meherremlik 2026 son xəbər qurban bayrami 2026