Azərbaycanda qripə qarşı peyvənd kampaniyası başladı
Paytaxt və bölgələrdə qrip virusuna qarşı peyvəndləmə kampaniyası start götürüb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, vaksinasiya proqramının əsas məqsədi xəstəliyin yayılmasının qarşısını almaq və risk qrupuna daxil olan şəxsləri – uşaqları, yaşlıları və xroniki xəstəlikləri olanları qorumaqdır.
Professor, infeksionist Adil Qeybulla azxeber.com-a açıqlamasında bildirib ki, qrip əleyhinə peyvənd aktiv immunizasiyanın bir formasıdır və bədənin müdafiə sistemini gücləndirir:
"Virus xəstəliklərində vaksinasiya birmənalı şəkildə xəstəlikdən tam qorunmanı təmin etmir. Amma immun sisteminin sağlam qalması və bədənin xəstəliyə qarşı hazır vəziyyətdə olması üçün çox vacibdir".
Mütəxəssis əlavə edib ki, qrip əleyhinə vaksin hər il əvvəlki dövrlərdə müşahidə olunan virus mutasiyalarına əsasən hazırlanır:
"Vaksinlər əvvəlki illərin virus növlərinə görə formalaşır, amma yenə də insan orqanizmini xəstəliyə qarşı hazırlıqlı vəziyyətə gətirir. Dünya Səhiyyə Təşkilatının insan sağlamlığını təhdid edən 10 əsas amildən biri də yaxın gələcəkdə gözlənilən qrip pandemiyasıdır. Qrip virusu hər il mutasiyaya uğrayır və müxtəlif əlamətlərə malik olur".

Yelo Sabit əmanət ilə illik 11.5%-dək yüksək gəlir
"Pəncəli Ürəklər" aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı
Zelenski onunla görüşdən bəhs etdi
"Qarabağ" bu gün həlledici oyuna çıxır
Azərbaycanda polkovnik vəfat etdi
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı
"Qarabağ" ÇSKA səddini aşarsa, qarşılaşacağı klubun adı məlum oldu
Bağçalı mənzil həyət evini əvəz edə bilərmi?
TuranBank və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Putin ŞOKDA: Qərb Paşinyandan Rusiya ilə bağlı elə bir şey tələb etdi ki
Davudoğlu da partiyasını "qıfıllayıb" siyasətdən getdi - Türkiyədə nələr baş verir?
Netanyahu diplomatiyaya inanmadı və İranla bağlı elə şeylər dedi ki
Misirdə ABŞ obyekti VURULDU
Hakan Fidan HAMAS nümayəndə heyətini qəbul edib