"Pəncəli Ürəklər" aksiyası çərçivəsində sahibsiz heyvanlar üçün yuvaların sayı 35-ə çatdı
Qırmızı Ürəklər Fondunun "Pəncəli Ürəklər" aksiyasıuğurla davam edir.
azxeber.com xəbər verir ki, aksiya çərçivəsində daha 15 Kapital Bank/Birbank filialınınınqarşısında sahibsiz heyvanlar üçün xüsusi yuvalar quraşdırılıb. Bununla dalayihə çərçivəsində yerləşdirilən yuvaların ümumi sayı 35-ə çatıb.
Aksiyanın əsas məqsədi cəmiyyətdə sahibsizheyvanlara qarşı qayğı və məsuliyyət hissini gücləndirmək, onların daha təhlükəsizşəraitdə yaşamasına dəstək olmaqdır. Layihə vasitəsilə vətəndaşlar küçəheyvanlarının həyat şəraitinin yaxşılaşdırılmasına birbaşa töhfə vermək imkanı əldəedirlər. "Pəncəli Ürəklər" aksiyası bu istiqamətdə fəaliyyətini davam etdirərəkdaha çox filialı və bölgəni əhatə etməyi hədəfləyir.
Qeyd edək ki, "Red Hearts" – Qırmızı Ürəklər Fondu2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraqfəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdəianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi,ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətinhəssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ınali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərəksözügedən mövzularda dəstək olmaq üçün saytına daxil ola bilərsiniz.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı