Zelenski onunla görüşdən bəhs etdi
Volodimir Zelenski Polşanın baş naziri Donald Tusk ilə Lyublində baş tutan görüşünün detallarını paylaşıb.
KONKRET.az xəbər verir ki, "Telegram" kanalında məlumat verən dövlət başçısı bildirib ki, tərəflər bir sıra ikitərəfli məsələləri, o cümlədən dövlətlər arasındakı tarixi dialoqu müzakirə ediblər. Zelenski həmçinin Vaşinqtondakı diplomatik fəaliyyətləri barədə həmsöhbətinə məlumat verdiyini qeyd edib.
Görüş zamanı əsas diqqət müdafiə sahəsində əməkdaşlığa və Ukrayna şəhərlərinin Rusiya zərbələrindən qorunmasına yönəldilib. Xüsusilə hava hücumundan müdafiə (HHM) sistemlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda, Polşada sığınacaq tapan ukraynalıların təhlükəsizlik məsələləri və onların hüquqlarının qorunması müzakirə olunub. Ukrayna lideri ölkəsinin təhlükəsizliyinin həm də Polşanın təhlükəsizliyi demək olduğunu və bu əməkdaşlığın bütün Avropa regionunu gücləndirdiyini qeyd edib.
Natiq Səlim,
KONKRET.az

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir