Azərbaycanda qurumlar Yeni ilə görə gücləndirilmiş iş rejiminə keçdi

Azərbaycanda qurumlar Yeni ilə görə gücləndirilmiş iş rejiminə keçdiAzərbaycanda qurumlar Yeni ilə görə gücləndirilmiş iş rejiminə keçdi
Bir neçə gün sonra 2019-cu ili yola salıb, 2020-ci ili qarşılayacayıq. Hər il olduğu kimi, bu il də bayram ərəfəsində bir neçə gün qeyri-iş günü olacaq. Yeni ilin gəlişi ilə əlaqədar qarşıdan gələn həftə, yəni 2019-cu ilin dekabr ayının 31-dən 2020-ci ilin yanvar ayının 6-a qədər istirahət günü elan edilib. 
Bakı şəhəri, ətraf kənd qəsəbələri, rayon, kənd və şəhərlər bayramqabağı heç bir problemlə üzləşməsin deyə, bir sıra qurumlar gücləndirilmiş iş rejimində çalışacaq.
Oxu.Az bayram günləri ilə əlaqədar qurumların əhaliyə müraciətlərini təqdim edir.
"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurum əməkdaşları Yeni il ərəfəsində növbətçilik cədvəli ilə çalışacaq:
"Hər il olduğu kimi, bu il də bayram günlərində əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyik. Bayram günlərində, dekabrın son və yanvar ayının ilk altı günündə bizim həm mərkəzi idarə aparatımızda, həm rayon və regional su-kanal idarələrində rəhbər şəxslərin iştirakı ilə növbətçilik təyin olunacaq.
"Azərsu"nun 955 çağrı mərkəzi fasiləsiz olaraq vətəndaşların xidmətində olacaq. Qeyri-iş günlərində vətəndaşların keyfiyyətli su ilə təmin olunması üçün bütün rayonlarımızda növbətçilik təmin olunacaq və içməli su ilə bağlı heç bir problem yaşanmaması üçün önləmlər alınacaq".
"Azəriqaz" İstehsalat Birliyinin müştəri xidmətləri də bayram günlərində (31 dekabr - 06 yanvar) gücləndirilmiş iş rejimində çalışacaq. 
Bununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. Bildirilib ki, artıq işçilərin növbə ilə çalışacaqları qrafiklər tərtib olunub, onlar tam məlumatlandırılıb.
Qeyd edilən tarixlərdə Birliyin Babək prospektində yerləşən Bakı Regional Qazın Satışı Departamentində, Gəncə Regional qaz istismarı İdarəsi və Sumqayıt Regional qaz istismarı Sahəsinin inzibati binalarında ayrılmış işçilər səhər saat 09:00-dan axşam saat 18:00-dək iş başında olacaqlar. Yalnız şənbə və bazar günlərində (4-5 yanvar) xidmət saat 17:00-dək davam edəcək.
Xatırladaq ki, Birliyin mütəxəssisləri abonentlərə smart kartların verilməsi ilə yanaşı, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması, müqavilələrin bağlanması kimi xidmətləri göstərəcəklər.
Bayram günlərində "Azərbaycan Dəmir Yolları" QSC-i də gücləndirilmiş iş rejimində çalışacaq.
Qurumun mətbuat xidmətinin rəhbəri Natavan Bayramovanın sözlərinə görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 1, 2, 3, 4-də xəttə əlavə qatarlar qoşulacaq. 
Həmçinin, Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31 dekabr və 1, 2, 3, 4, 5 yanvar  tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.
Belə ki, dekabrın  27, 28, 29-u və yanvarın 1-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə  400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda - 22 vaqonla, təxminən 860 sərnişinlə hərəkət edəcək. 
Geriyə Tbilisidən sərnişin axını əsasən 2, 3, 4 və 5 yanvar 2020-ci il tarixlərində gözlənilir.
Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 4 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.
Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat  08:00-da Bakıdan yola düşəcək qatar saat 11:45-də Gəncəyə çatacaq. Saat  16:00-da isə Gəncədən yola düşəcək və saat 19:45-də Bakıda olacaq.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinindən dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar olaraq, sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacağı bildirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, bayram günlərində digər qurumlar kimi, "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq. 
Şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq.
Könül Cəfərli  /oxu.az

Sosial       Tarix: 29 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 meherremlik 2026 cəbhədən son vəziyyət azerbaycanda son xeberler