Azərbaycanda qüvvədə qalan karantin qadağaları - SİYAHI
Bu gündən ölkə ərazisində maska tələbi ləğv edilib.
Bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.
Maska tələbinin ləğv edilməsinə baxmayaraq Azərbaycanda bəzi karantin qadağaları qalmaqdadır.
azxeber.com "oxu.az"a istinadən mövcud qadağaları təqdim edir:
"2020-ci il 28 fevral tarixindən tətbiq edilmiş xüsusi karantin rejimi hələ də davam edir. Onun vaxtı 1 iyul 06:00-dək uzadılıb.
Azərbaycanın quru sərhədləri hələ ki bağlıdır. 2020-ci il martın 4-də ilk olaraq İranla sərhəd iki həftəlik qapadıldı. Buna səbəb isə ölkə ərazisində ilk virusa yoluxmuş şəxsin (fevralın 28-də təsbit olunub – red.) İrandan gəlməsi idi. Sonra isə tədricən digər quru sərhədlər də qapandı.
2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.
Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilmir. "Buster" doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı