Azərbaycanda Rəqabət Agentliyi yaradıla bilər

Azərbaycanda Rəqabət Agentliyi yaradıla bilərİndiki zamanda, yəni süni qiymət artımı olduğu bir dövrdə Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanın daxili iqtisadiyyat bazarına təsirini göstərəcək.
KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov "Report"un sorğusuna cavab verərkən bildirib.
"Bu məcəllə həm inhisarçılığı müəyyən qədər aradan qaldıracaq, həm də qiymət siyasətinə təsir edəcək. Mal idxalına da təsiri olacaq. Azərbaycanda istənilən adam öz biznesini qurub rahat mal gətirib sata bilər və demək olar ki, heç bir inhisarçılıq baş verə bilməz", – millət vəkili hesab edir.
Deputat bildirib ki, bu məcəllə qəbul olunandan sonra mütləq Rəqəbət Agentliyi yaradılmalıdır:
"Mütləq hansısa bir orqan yaradılmalıdır ki, bu işləri tənzimləsin. Bu qurum da birbaşa ölkə başçısına tabe olmalıdır, çünki burada bazar iqtisadiyyatının çox ciddi inkişafından söhbət gedir. Bu, bazara çox böyük təsir edəcək bir qanun olacaq".
V. Əhmədov hesab edir ki, bu məcəllə azad rəqabət qurmaq üçün çox əhəmiyyətlidir: "Bu məcəllənin bir nüsxəsi məndə var. Çox gözəl hazırlanıb. Mütəxəssislər bunun üzərində çox yaxşı işləyiblər. Bu məcəllə qəbul olunmalıdır".
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi müəyyən dəyişiklikləri etdikdən sonra Rəqabət Məcəlləsi layihəsini razılaşdırılmaq üçün Maliyyə və Ədliyyə Nazirliklərinə təqdim edib.
Azərbaycan parlamenti 14 dekabr 2017-ci il tarixində keçirilən iclasda həmin dövrdə İqtisadi İnkişaf Nazirliyinin hazırladığı Rəqabət Məcəlləsi layihəsini ikinci oxunuşda qəbul edib. Lakin, daha sonra nazirlik Məcəllənin layihəsini mühüm dərəcədə işləyib başa çatdırmağa dair qərar qəbul edib. Həmin dövrdən sənəd parlamentdə müzakirə olunmayıb.

Sosial       Tarix: 01 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son dəqiqə en son xeberler bu gun valyuta mezenesi ən son xeberler