Azərbaycanda rus rublu ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək - AÇIQLAMA + FOTO

Azərbaycanda rus rublu ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək - AÇIQLAMA + FOTO"Azərbaycanda da rublun alınıb satılmasında müəyyən məhdudiyyətlər və ya limitlər tətbiq oluna bilər".
KONKRET.az xəbər verir ki, bu barədə oxu.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov açıqlama verib.
O bildirib ki, hazırda rublun məzənnəsini proqnozlaşdırmaq çətin olduğuna görə, təbii ki, rus rublunun məzənnəsinin düşəcəyini proqnozlaşdırmaq çətin deyil amma sanksiyalardan asılı olaraq rublun nə qədər düşəcəyi sual yaradır, hətta kəskin düşəcəyi riskləri də var:
"Bu baxımdan rubldan istifadə edən və rubl ilə əməliyyat edən yalnız Rusiyada yerləşən banklar deyil. Son proseslər xüsusilə də MDB ölkələrindəki bankların qərarlarına təsir göstərib.
Azərbaycanın da istifadə etdiyi valyutalardan, xüsusilə hesablaşmalarda və ödənişlərdə istifadə etdiyi valyutalardan biri də rus rubludur. Baxmayaraq ki, milli valyutadan sonra dollar daha o cümlədən avro daha böyük ağırlığa malikdir. Rus rublunun məzənnəsindəki kəskin sıçrayışlar, volatilliyin yüksək olması gözlənilir ki, bu da bizim banklar tərəfindən də daha ehtiyatlı qərarların verilməsinə gətirib çıxaracaq. Artıq növbəti günlər üçün mənzərə tam olaraq aydın olmadığı üçün banklar da risk etməyə üstünlük vermirlər, ehtiyatlı davranırlar. Bu kontekstdən gözlənilir ki, Azərbaycanda da rublun alınıb satılmasında müəyyən məhdudiyyətlər və yalimitlər tətbiq oluna bilər. Məticədə rubl artıq son enişlərdən sonra məzənnəsi və müharivə davam etdikcə rublun kursu necə dəyişəcəyi ilə bağlı proqnozlar nikbin deyil. Bu kontektdən kommersiya banklarının ehtiyatlı olması və rubl ilə əməliyyatları məhdudlaşdırçası iqtisadi baxımdan anlaşılandır".
Artıq Rusiya rublu ilə bağlı bir sıra məhdudiyyətlərin tətbiq edildiyinə dair məlumat yayılıb. Belə ki, rusiya rublunda bütün nağd, nağdsız və konvertasiya əməliyyatlarının aparılmasının qadağan olunduğu, həmçinin müştərilər tərəfindən cari hesablara rus rublunda nağd mədaxil əməliyyatlarının aparılmasının qadağan olunduğu bildirilir.
Vüqar Bayramov qeyd edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və Federasiyanın SWIFT-dən uzaqlaşdırılması Rusiyanın maliyyə bazarına və rublun məzənnəsinə ciddi təsir göstərib:
"Bu həftəyə rubl kəskin enişlə başladı. Onun dəyərində 40 faiz azalma qeydə alınıb və davam edir. İlkin məlumatlara görə, Rusiyada rəsmi kurs ilə bazar kursu arasında fərq var. Bəzi şəhərlərdə dolların satışı ilə bağlı qara bazarların yarandığı bildirilir".
Azərbaycanda rus rublu ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək - AÇIQLAMA + FOTO

Sosial       Tarix: 01 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az