Azərbaycanda sahibkarlığın inkişafı sosial-iqtisadi strategiyanın ayrılmaz hissəsinə çevrilib

Azərbaycanda sahibkarlığın inkişafı sosial-iqtisadi strategiyanın ayrılmaz hissəsinə çevrilibAzərbaycanda sahibkarlığın inkişafı ölkənin ümumi sosial-iqtisadi strategiyasının ayrılmaz hissəsinə çevrilib. Qlobal iqtisadi dəyişikliklər, regional proseslər və daxili inkişaf prioritetləri fonunda dövlətin sahibkarlığa yanaşması təkcə iqtisadi artımın deyil, həm də məşğulluğun, sosial rifahın və uzunmüddətli dayanıqlılığın təmin olunmasına xidmət edir. Məhz bu baxımdan Azərbaycan modeli sahibkarlığı dövlət siyasətinin strateji dayaqlarından biri kimi formalaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının sədri Tural Mustafayev söyləyib.
T.Mustafayev bildirib ki, bu yanaşmanın mərkəzində Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi ardıcıl diqqət və siyasi iradə dayanır: "Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun genişləndirilməsi və özəl təşəbbüslərin təşviqi istiqamətində konkret nəticələr verib. Sahibkarlığın inkişafı dövlətimizin başçısı tərəfindən dəfələrlə ölkənin iqtisadi təhlükəsizliyinin və rəqabətqabiliyyətli gələcəyinin əsas şərtlərindən biri kimi qeyd olunub.
Son illərdə qəbul edilən dövlət proqramları və strateji yol xəritələri məhz bu baxışın praktiki ifadəsidir. Regionların sosial-iqtisadi inkişafı, ixracyönümlü istehsalın artırılması, yerli məhsulların beynəlxalq bazarlara çıxışı və investisiya mühitinin cəlbediciliyinin yüksəldilməsi sahibkarlıq fəaliyyətinin daha geniş coğrafiyada və daha sistemli şəkildə inkişafına şərait yaradır. Bu prosesdə inzibati prosedurların sadələşdirilməsi, rəqəmsal həllərin tətbiqi, vergi və gömrük sahəsində aparılan islahatlar sahibkarların gündəlik fəaliyyətinə real dəstək mexanizmi kimi çıxış edir".
Dövlətin bu istiqamətdə atdığı addımların dövlət-özəl sektor münasibətlərinin mahiyyətcə yeni mərhələyə keçməsinə imkan yaratdığını bildirən müsahibimiz qeyd edib ki, əgər əvvəlki dövrlərdə bu münasibətlər daha çox tənzimləyici xarakter daşıyırdısa, bu gün qarşılıqlı dialoq və tərəfdaşlıq modeli ön plana çıxır: "Sahibkarların təklif və təşəbbüslərinin dinlənilməsi, onların problemlərinin institusional platformalarda müzakirə olunması iqtisadi qərarların real sektorun ehtiyaclarına uyğunlaşdırılmasına şərait yaradır.
Bu çərçivədə biznes ictimaiyyətinin məlumatlandırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət tərəfindən təqdim olunan maliyyə, məşğulluq, ixrac və subsidiya mexanizmləri yalnız sahibkarlar bu imkanlar barədə vaxtında və dolğun məlumat əldə etdikdə effektiv nəticə verir. Son illərdə ölkə üzrə keçirilən sərgilər, biznes forumlar, konfranslar və işgüzar görüşlər məhz bu məqsədə xidmət edərək sahibkarlarla dövlət qurumları arasında birbaşa ünsiyyət mühiti formalaşdırır".
O, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi prosesində sektorial yanaşmanın əhəmiyyətinin daha aydın hiss olunduğunu qeyd edib: "Müxtəlif sahələr üzrə keçirilən müzakirələr və praktiki görüşlər konkret sektorların problemlərini üzə çıxarmağa, dövlət dəstəyinin daha hədəfli şəkildə tətbiqinə imkan yaradır. Bu yanaşma həm dövlət qurumları üçün daha dəqiq qərarvermə mexanizmi yaradır, həm də sahibkarların fəaliyyətlərini strateji baxımdan planlaşdırmasına şərait formalaşdırır.
Azərbaycanda sahibkarlıq ekosisteminin formalaşmasında ictimai institutlar və biznes assosiasiyaları da bu prosesin tərkib hissəsi kimi çıxış edir. Bu cür qurumlar sahibkarların təşəbbüslərinin koordinasiyası, dövlət proqramları barədə məlumatlandırma və işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində körpü rolunu oynayır. Məsələn, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası sahibkarların müxtəlif dövlət qurumları ilə dialoqunun təşkili, sektorial görüşlərin keçirilməsi və biznes ictimaiyyətinin fəallığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdə iştirak edir. Bu fəaliyyətlər ümumi sahibkarlıq mühitinin institusional baxımdan güclənməsinə töhfə verir".
Bütün bu proseslərin mərkəzində Prezident İlham Əliyevin müəyyən etdiyi strateji xəttin dayandığını vurğulayan T.Mustafayev diqqətə çatdırıb ki, dövlətimizin başçısının sahibkarlığa verdiyi önəm, özəl sektorun iqtisadiyyatdakı rolunun gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar və irəli sürdüyü təşəbbüslər nəticəsində Azərbaycan sahibkarlığı daha sistemli, şəffaf və dayanıqlı inkişaf mərhələsinə daxil olub. Dövlət və özəl sektor arasında formalaşan sağlam tərəfdaşlıq modeli ölkənin uzunmüddətli iqtisadi inkişaf hədəflərinə xidmət edir.
Nəticə etibarilə bu gün Azərbaycanda sahibkarlığın inkişafı təkcə biznesin genişlənməsi deyil, eyni zamanda, güclü iqtisadiyyatın, sosial sabitliyin və milli rifahın təmin olunması deməkdir. Dövlət siyasətinin ardıcıllığı, sahibkarların fəallığı və institusional əməkdaşlıq mexanizmlərinin möhkəmləndirilməsi bu inkişafın davamlı olacağını göstərir. / azxeber.com

İqtisadiyyat       Tarix: 25 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar