Azərbaycanda sosial media istifadəçilərinin say bölgüsü açıqlanıb

Azərbaycanda sosial media istifadəçilərinin say bölgüsü açıqlanıbAzərbaycanda sosial media istifadəçilərinin say bölgüsü açıqlanıb
Sosial media istifadəçilərinin 43,6%-i "YouTube", "35,8%-i "Instagram", 26,5%-i "Facebook", 25,0%-i "TikTok" və 6,4%-i isə "Twitter" platformalarından istifadə edir.
Bu barədə Sosial Tədqiqatlar Mərkəzindən (STM) məlumat verilib.
Qeyd olunub ki, Azərbaycanda əhalinin sosial mediadan istifadəsi müxtəlif aspektlərdən daim müzakirə edilir. Sosial medianın Azərbaycan seqmentində istifadəçi artımları ilə müşahidə edilən dinamika mövzunun aktuallığını şərtləndirən əsas amillərdən biridir.
Bildirilib ki, "Digital 2022: Azerbaijan" məlumatlarına görə, ötən ilin əvvəlinə ölkədə 5.2 milyon sosial media istifadəçisi var və bu ölkə əhalisinin 50,7%-nə uyğun gəlir. 2021-2022-ci illər ərzində sosial media istifadəçiləri 900 min nəfər artıb. Həmçinin "Meta"nın reklam məlumatları Azərbaycanda 1,6 milyon nəfər "Facebook" istifadəçisi olduğunu göstərib. Ölkədə "Facebook"un reklam kütləsinin 31,7%-i qadınlardan, 68,3%-i kişilərdən ibarətdir. "GlobalStats"ın məlumatlarından isə aydın olur ki, "Instagram" və "YouTube" istifadəçiləri ötən ilin sonundan etibarən üstünlük təşkil edirlər.
STM tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir (sorğunun 18 yaşından yuxarı şəxslərlə keçirilməsi nəzərə alındıqda, nəticələr statistikanı təsdiq edir).
Nəticələrin gender aspektdən təhlili göstərir ki, kişilər sosial mediadan qadınlardan daha çox istifadə edirlər. "Facebook" istifadəçilərinin 30,1%-i qadın olduğu halda, 69,9%-i kişidir. Bu tendensiya digər sosial media platformaları üçün də xarakterikdir. Yalnız "Instagram" istifadəçiləri arasında qadınlar kişilərə nisbətdə üstünlük təşkil edir (37,6%-i qadın, 34,0%-i kişi). / oxu.az

Maraqlı       Tarix: 20 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün azerbaycan son xeber bugun beynelxalq bank mezenne hava proqnozu