Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin azaldılmasının SƏBƏBİ
Maliyyə naziri Samir Şərifov gələn il Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,4 % az – 3,566 milyard manat nəzərdə tutulmasına münasibət bildirib.
Azxeber.com xəbər verir ki, o, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində danışıb.
"Bu vəsait ilk növbədə 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 453 milyon manat və yaxud 14,6% çoxdur. Bu ilin təsdiq olumuş proqnozu ilə müqayisədə azalma isə büdcənin sosial müdafiə və sosial təminatla bağlı öhdəliklərin qarşılanması üçün ayrılan vəsaitlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin azaldılması hesabına deyil, növbəti ildə əməkhaqqının artımı hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə artımın olacağı ilə bağlıdır. Ölkə prezidentinin tapşırığı ilə maaşların artırılması nəzərdə tutulub, bu, həm də sosial yığımları artıracaq və son nəticədə DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün dövlət büdcəsindən nisbətən az vəsaitin ayrılmasına ehtiyac olacaq", - nazir deyib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR