Azərbaycanda şprislərin parametrləri yoxlanılacaq - Laboratoriyalar quraşdırılacaq
Azərbaycanda şprislərin parametrləri yoxlanılacaq - Laboratoriyalar quraşdırılacaq
Növbəti ildən Azərbaycanda şprislərin fiziki parametrlərinin yoxlanılması prosesi başlanılacaq.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Onun sözlərinə görə, bütün dərman preparatlarında olduğu kimi, tibb vasitələrində sterilliyi olmayan tibb vasitələrinin Səhiyyə Nazirliyi tərəfindən sterilliyi yoxlanılıb və bunun standartları müəyyənləşib:
"Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib. Bəzi qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən vurğulanır ki, üç hissəli şprislərlə bağlı qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur.
Buna görə də üç hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönəltmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə iki hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən təsdiq olunub".
"Biz Azərbaycana idxal olunan şprislərlə bağlı öz qurumlarımıza tapşırıq vermişik. Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır.
Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqları və polietilen keyfiyyəti yoxlanılacaq", - deyə nazir müavini qeyd edib.
İlhamə Əbülfət /oxu.az

İrandan ABŞ-yə sərt xəbərdarlıq: Hörmüz boğazına müdaxiləyə icazə verməyəcəyik
"Qarabağ"ın 8-ci transferi - Cebrail Makreçkis
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Şəmkirdə ağıq qəza - Ölən və xəsarət alan var
Yasamalda partlayışda həlak olan Zəhranın FOTOSU
Minik avtomobili yük maşınına çırpılıb - 3 nəfər xəsarət alıb
Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
Azərbaycan cüdoçuları vətənə doqquz medalla döndülər - FOTO
Braziliya Norveçə qarşı
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik
Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər: Bundan sonra
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR