Azərbaycanda su itkilərinin əsas səbəbləri açıqlandı
Azərbaycanda su itkilərinin əsas səbəbləri açıqlandı
Ölkənin su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15 faizini təşkil edir. Su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən, su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var.
Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın Qərargahında keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
Onun sözlərinə görə, Kür çayının aşağı axınında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci illə müqayisədə, 20 sm-dən 100 sm-dək aşağıdır:
"Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir. 2018-ci ilin oktyabrında suyun səviyyə 70,78 m təşkil etmişdi. Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard m3 suyun 3.6 milyard m3, yəni 28 faizi itkiyə gedir".
Nazir bildirib ki, əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir:
"Suların dəqiq uçotunun aparılması, eləcə də, tullantı sularının təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsi təklif olunur. Suyun qənaətlə istifadə olunması üçün nazirliyin hədəfləri var və növbəti illər ərzində bu istiqamətində ciddi proqramlar həyata keçiriləcək".
İlhamə Əbülfət /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb