Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə dəyişiklik ediləcək.
azxeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Sərəncam imzalayıb.
"Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır.
Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.
Sərəncama əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla yuxarıdakı müddəalara uyğun olaraq qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtonəqliyyat vasitələrinə dair tələblərin müəyyənləşdirilməsi məqsədilə "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"də müvafiq dəyişikliklərlə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Sənədlə tanış olduqdan sonra məlum olur ki, bu Sərəncam aprelin 7-dən qüvvəyə minib.
/Trend
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Zelenski Rusiyanın zərbələrinə cavab hazırladıqlarını açıqladı
Zelenskinin ofisində axtarış aparıldı
Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib