Azərbaycanda turizm sektorunda çalışanlar üçün təlimlər keçiriləcək
Azərbaycanda turizm sektorunda çalışanlar üçün təlimlər keçiriləcək
Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün təlim proqramını elan edib.
Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, 6 müxtəlif istiqamət üzrə hazırlanmış təlim proqramına bələdçilər, turizm agentlikləri və turoperatorlar üçün kurslar, qonaqpərvərlik və qastronomiya üzrə kurslar, fərdi keyfiyyətlər üzrə kurslar, eləcə də regionlar üçün xüsusi kurslar daxil edilib.
Təlimlər turizm sənayesinin hazırda çalışan və ya müvafiq təcrübəyə malik olan nümayəndələrinin iştirakı üçün nəzərdə tutulub. Regional təlimlər istisna olmaqla, digər təlimlərin onlayn formatda keçirilməsi planlaşdırılıb.
Təlimlərdə iştirak üçün Turizm Təlim və Sertifikasiya Mərkəzinin rəsmi veb saytı vasitəsilə ilkin sorğunu tamamlamaq tələb olunur. Təlimdə iştirak edən mütəxəssislər sonda sertifikatla təmin olunacaqlar. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var