Azərbaycanda universal gəlir tətbiq oluna bilər? – Süni intellekt müzakirələri genişlənir

Azərbaycanda universal gəlir tətbiq oluna bilər? – Süni intellekt müzakirələri genişlənirSüni intellekt texnologiyalarının sürətlə inkişafı dünyada əmək bazarı ilə bağlı yeni müzakirələr yaradıb. Bir çox ölkələrdə artıq avtomatlaşdırmanın bəzi peşələri sıradan çıxaracağı, nəticədə isə işsizliyə qarşı universal gəlir və sosial müavinət mexanizmlərinin tətbiqinin vacibliyi gündəmə gəlir.
Azərbaycanda da bu məsələ aktuallaşır: süni intellekt səbəbindən iş yerlərinin azalması fonunda dövlət tərəfindən işsizlərə universal gəlir və ya əlavə müavinət verilməsi tətbiq olunmalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, ilk növbədə əmək münasibətlərində ciddi islahatlara ehtiyac var:
"Əmək Məcəlləsində sərt islahatlar və iş yerlərində ciddi yoxlamalar aparılmalıdır. Yeni sahibkar işçini istədiyi kimi çalışdırıb birbaşa işdən çıxara bilməz. Təbii ki, işçinin Əmək Müfəttişliyinə və məhkəməyə müraciət hüququ var. Amma işçi belə hallarla qarşılaşdıqda zaman itirməməlidir. O, yeni iş axtarsın, yoxsa dövlət qurumlarını və məhkəmələri gəzərək haqqını müdafiə etsin? Bu məsələ ciddi problem olaraq qalır.
Süni intellekt 100 faiz insan əməyini əvəz etmir. Müəyyən qədər yenə də insan əməyinə ehtiyac var. Əgər vətəndaş süni intellekt səbəbindən işdən çıxarılırsa, ona birdəfəlik kompensasiyanın verilməsi daha məqsədəuyğun hesab oluna bilər.
Bu halda işçilər tamamilə əmək bazarından kənarda qalmayacaq, yarımştat və ya saatlıq əməkhaqqı sistemi ilə fəaliyyətlərini davam etdirə biləcəklər".
Günay Hüseynova əlavə edib ki, doğum səviyyəsinin aşağı olduğu ölkələrdə süni intellektin geniş yayılması sosial və iqtisadi problemləri daha da dərinləşdirə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

Sosial       Tarix: 02 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı

"Terminal Consultinq" MMC barəsində inzibati protokol tərtib olunub. Qaynarinfo-ya istinadən xəbər verir ki, şirkət 2024-cü ildə "Avatar International Trade Co Limited" şirkətinə ehtiyat hissələrinin alınmas

Gəncədə iki nəfər bıçaqlandı

Gəncədə iki kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, iki nəfər orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib,vəziyyətlərini

Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO

Tanınmış iş adamı, "Naftalan" Sanatoriya-Kurort Birliyinin direktoru Hatəm Qocayev vəfat edib. xəbər verir ki, bu barədə iş adamının üzv olduğu Yeni Azərbaycan Partiyasının (YAP) Naftalan Şəhər Təşkilatı məluma

Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qəra

Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı

Bağça müəllimlərinin sertifikasiyası bu il noyabrda olacaq. . xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin sualların

Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana ümumilikdə 17 milyon 602.76 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük KomitəsindənKONKRET.az-a bildirilib ki, bu göstərici Azərbaycanın ümumi ixracını

Xalq artisti Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət aldı: 'Necə oldu, özüm də bilmədim

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.  xəbər verir ki, bu barədə diktor -a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəli

Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA

Son dövrlər Azərbaycanda Trendyol və Temu kimi xarici onlaynalış-veriş platformalarından sifariş verən vətəndaşların sayı artıb. . Lakin bəzi müştərilər sifariş etdikləri malların gömrükdəgecikdiyini və bağlamaların nəzərd

Bu ərazilərdə 3 saat işıq olmayacaq

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, buna səbəb 110 kV-luq "Cəlilabad" hava xəttində aparılacaq təmir işləridir. Nəticəd


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber xeber.az son xeberler xəbər cəbhədən şad xəbər