Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilə bilər - VİDEO
"Bakı Tekstil Fabriki" MMC yeni məktəbli formaları hazırlayıb. Yüngül, rahat və isti olan bu formalardan, hələ ki, ölkəmizdə litseylərdə təhsil alan və regionlarda olan bəzi məktəblərin şagirdləri istifadə edə bilirlər. İndi isə sözügedən müəssisə Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib. Müsbət cavab alınarsa, Bakıda yerləşən dövlət məktəblərində təhsil alan şagirdləri də yeni geyimlər bəzəyəcək.
Azxeber.com xəbər verir ki, bu formalar daha yüngül və daha rahatdır. Hətta, istiliyi də hazırki formalardan qat-qat üstündür. Elə hazırlanıb ki, həm qız, həm də oğlanlar istifadə edə bilərlər, rəng seçimi də mümkündür.
"Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva "Xəzər Xəbər"ə deyib ki, məktəblilərin rahatlığı çox önəmlidir. Elə bu məqsədlə də, Avropa ölkələrini nümunə götürərək, yeni formalar hazırlayıblar. Hansı ki, bu geyimlərdən hazırda ölkəmizdə əsasən litseylərdə istifadə olunur. İndi isə məqsəd odur ki, bu formalar dövlət məktəblərində təhsil alan şagirdləri də bəzəsin.
Səkinə Babayeva deyir ki, hazırda istifadə edilən formalar sintetik tərkibli olduğu halda, bunlar pambıqdır. Ona görə də, istifadə zamanı şagirdə maksimum rahatlıq verir.
Səkinə Babayevanın sözlərinə görə, Nazirlər Kabineti və Təhsil Nazirliyinə təkliflər göndərib, cavab gözləyirlər. Qeyd edək ki, hazırda litseylər ilə yanaşı, Şirvan, Gəncə, Abşeron yarımadası və Sumqayıtda olan bəzi məktəblərdə də şagirdlər məhz bu formalardan istifadə edirlər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR