Azərbaycanda yaradılacaq vaksinlə bağlı AÇIQLAMA
Azərbaycanda yerli vaksinin yaradılmasına başlanıb.
Azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev "Xəzər Xəbər"ə deyib ki, bu ayın 15-dən etibarən Türkiyədə üzərində çalışdığı hüceyrə xətləri Azərbaycana gətirilib.
Bu işi yerinə yetirmək üçün əvvəlcə COVID-19 viruslarını insan vücudundan kənarda hüceyrə kulturasında infektə etmək lazımdır. Daha sonra biotexnoloji olaraq çoxaltmaq vacibdir.
Professor əlavə edib ki, tədqiqat potensiallı gənclər və Cənubi Azərbaycandan gəlmiş öz tələbəsi ilə birlikdə həyata keçirilir. Həmçinin prosesin texniki və təchizat tərəfləri ilə bağlı müvafiq institutlarla görüşülür və onların imkanları dəyərləndirilir.
İşlərin nə zaman yekunlaşacağı bilinmir.
Adil Allahverdiyev onu da qeyd edib ki, vaksinin yaradılması Azərbaycanda tibb sənayesinin irəli aparılması üçün ən vacib addımlardan biridir. Bu sahə inkişaf edərsə, Azərbaycanın iqtisadi olaraq asılılığı azalacaq və ölkənin gəliri artacaq.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR