Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək

Azərbaycanda yeni neft sazişi təsdiq ediləcəkBuzovna-Maştağa, Qala və Zirə neft yataqlarının yenidən işlənilməsinə başlanacağı planlaşdırılır.
Bununla bağlı parlamentə "Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi daxil olub.
Sənəd sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 hektar (7 km x 2 km) ərazini əhatə edir və braxiantiklinal quruluşludur. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb. Yataq SOCAR-ın "Azneft" İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən istismardadır.
Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-dək 1 326 quyu qazılıb. Həmin quyulardan indiyədək 29,74 milyon tona yaxın neft, 5,4 milyard kubmetrə yaxın qaz hasil olunub. Yataq üzrə maksimum hasilat - 1950-ci ildə 1 milyon 927 min ton təşkil edib. Yatağın qalıq çıxarılabilən neft ehtiyatları 6,74 milyon ton, qaz ehtiyatı 0,65 milyard kubmetr təşkil edir.
Qeyd edək ki, "Qala" (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-i tarixinədək 1 517 quyu qazılıb, hazırda onlardan 73-ü istismar fondundadır. Yataqdan 58,41 milyon ton neft, 9,7 milyard kubmetr qaz hasil olunub. Hazırda yataq işlənmənin sonuncu - IV mərhələsindədir və sulaşması– 95,5 %, cari neftvermə əmsalı 0,47-dir. "Qala" yatağı SOCAR-ın "Azneft" İB-in H.Z.Tağıyev adına NQÇİ tərəfindən istismar olunur.
///report

İqtisadiyyat       Tarix: 28 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe son xəbərlər azərbaycanda cəbhədən son durum ən son xəbərlər bugün