Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək
Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təsnifatlaşdırma ilk olaraq, Bakıda tətbiq ediləcək.
G.Sağlam qeyd edib ki, hotellərin təsnifatlaşdırılması yeni formada aparılacaq, bu prosesdə yeni kriteriyalar tətbiq ediləcək: "Əslində, hotel özünə güvənirsə, bu prosedurdan keçərək ulduz almaq elə də çətin olmayacaq".
G.Sağlam əlavə edib ki, hotellər təsnifatlaşdırılarkın oraya gizli müştərilər göndəriləcək.
Hazırda bununla bağlı iş aparıldığını deyən G.Sağlam bildirib ki, gizli müştərilər 4 və 5 ulduzlu hotellərə göndəriləcək. Üç ulduzlu hotellərə isə gizli müştərilər göndərilməyəcək:Təsnifatlaşdırma nı keçirmədən əvvəl hotellərə gizli müştərilər göndərəcəyik. Bu, ilk dəfə Azərbaycanda tətbiq ediləcək. Beynəlxalq praktikada belə məsələ, yəni ikili yoxlama yoxdur. Bunu ona görə edirik ki, hotellərə auditor göndərilən zaman onlar orada hər şeyi gözəl şəkildə təqdim edə bilərlər. Amma biz elə etməliyik ki, gözümüzdən heç nə qaçmasın və real vəziyyəti görək ".
G.Sağlam 3 ulduzlu hotellərə gizli müştərilərin göndərilməməsinin səbəbini açıqlayaraq bunu belə hotellərin təklif etdiyi xidmətlərin sayının çox olmaması ilə izah edib:"Üç ulduzlu hotelləri yoxlamaq çox da çətin deyil. Gizli müştərilərin daha çox xidmət göstərən, SPA-sı, 2-3 restoranı olan, fərqli xidmətlər göstərən hotellərə göndərilməsi daha düzgün olar".
AHA-nın Baş icraçı direktoru deyib ki, hazırda "Turizm haqqında" qanunda hotellərin ulduz alması məsələsi öz əksini tapmayıb:"Buna görə də biz yalnız müraciət edən hotelləri təsnifatlaşdırmadan keçirəcəyik. Biz bununla bağlı plan hazırlayaraq hotelləri yoxlayacayıq".
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib