Azərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdiham

Azərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdihamYaponiyanın Osaka şəhərində "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" (Designing the Future Society for Our Lives)  mövzusunda "Osaka, Kansai Ekspo 2025" dünya sərgisi işinə başlayıb.
KONKRET.az xəbər verir ki, "Ekspo 2025"in rəsmi açılışda Yaponiya İmperatoru Naruhito, bu ölkənin Baş naziri Siqeru İsiba, Beynəlxalq Sərgilər Bürosunun Baş Katibi Dmitriy Kerkentzes, dünya sərgisində təmsil olunan ölkələrdən yüksəksəviyyəli qonaqlar iştirak edib.
2000-ci ildən Ekspo sərgilərində uğurla təmsil olunan Azərbaycan bu il də dünya sərgisində iştiraka böyük əhəmiyyət verir.
Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonun da açılışı olub. Açılışda Azərbaycanın "Ekspo 2025" üzrə Baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "Ekspo 2025"in Azərbaycan üzrə ölkə meneceri Şimzi İzumi, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və digər qonaqlar iştirak edib.
Azərbaycan pavilyonu "Ekspo 2025"in "Həyatları əlaqələndirmək" (Connecting Lives) bölməsində yerləşməklə "Dayanıqlı inkişafa doğru yeddi körpü" (Seven bridges for sustainability)  mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə – mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.
Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alıb. Bunlar "Azərbaycan ağacı", "Yapon ağacı", Azərbaycan və yapon ağaclarının sintezi  olan "Dostluq ağacı"dır.
155 hektardan çox ərazini əhatə edən "Ekspo 2025"də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunur. Oktyabrın 13-dək müddətdə "Ekspo 2025"ə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.
Azərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdihamAzərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdihamAzərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdihamAzərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdihamAzərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdihamAzərbaycanı daha 28 milyon insan tanıyacaq - İlk gündə böyük izdiham

Siyasi       Tarix: 13 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər idman xeberleri xeberler bu gun cəbhədən son dəqiqə